BAKI, 2 iyun — Sputnik. Futbol üzrə Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.
Sputnik Azərbaycan-ın məlumatına əsasən, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Minskdə Belarus yığması ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk hissə qolsuz bitib. İkinci hissədə meydan sahiblərinin oyunçusu Maksim Skavış 56-cı dəqiqədə hesabı açıb. Qoldan sonra oyuna Azərbaycan millisi daha fəal oynayıb. 73-cü dəqiqədə Bədavi Hüseynov tarazlığı bərpa edib. 90+1-ci dəqiqədə isə Ramil Şeydayev qələbə qolunu vurub.
Bu Azərbaycan millisinin 2021-ci ildə qazandığı ilk qələbədir.
Belarus və Azərbaycan yığmaları bundan əvvəlki yoldaşlıq görüşünü 2018-ci ildə Bakıda keçiriblər. Həmin oyun qonaqların xeyrinə başa çatlb - 1:0.
Belarus paytaxtında U19 yığmaları arasında keçirilmiş qarşılaşma isə qolsuz başa çatıb.
Canni De Byazinin yetirmələri növbəti yoldaşlıq görüşünü iyunun 6-da Moldova yığmasına qarşı keçirəcəklər.