BAKI, 1 iyun — Sputnik. Xaçmaz rayonunun Fərzəlioba kəndində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmətin rəisi Hikmət Əlizadə Sputnik Azərbaycan-a bildirib ki, araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsində "Qərb Ekol" MMC tərəfindən palıd və qarağac ağaclarının kəsildiyi və təbiətə 7000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Onun sözlərinə görə, faktla bağlı akt tərtib olunub: "Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Xaçmaz rayon Prokurorluğuna göndərilib".
Eləcə də oxuyun:
-
Bir sərv və bir şam ağacı kəsilib, 3 min manat məbləğində ziyan dəyib
-
Qarabağda "Qırmızı kitab"a düşən növlərə dəymiş ziyan müəyyənləşdirilir