SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ATƏT-in Minsk qrupu toplanır: gündəmdə Azərbaycan-Ermənistan sərhədi

CC BY 2.0 / Dmitry Karyshev / OSCEЗдание ОБСЕ
Здание ОБСЕ - Sputnik Azərbaycan, 1920, 01.06.2021
Abunə olmaq
Azərbaycan-Ermənistan sərhədindəki günlərlə davam edən gərgin situasiya iyunun 2-də Vyanada görüşən ATƏT-in Minsk qrupu həmsədrlərinin əsas müzakirə mövzularından olacaq.

BAKI, 1 iyun – Sputnik. ATƏT-in Minsk qrupu həmsədrləri iyunun 2-də Avstriya paytaxtında Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcəklər.

Bu barədə Sputnik Azərbaycan-ın üçtərəfli bəyanatın reallaşdırılması, eləcə də sərhədin delimitasiyası və demarkasiyası prosesinin tezliklə işə salınması üçün təsir tədbirləri üzrə ATƏT-in konkret təklifləri barədə sualını cavablandırarkən Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib. O qeyd edib ki, hazırda bu, aktual məsələ olsa da, hələlik ona konkret cavab vermək mümkün deyil.

O söyləyib ki, bu günlərdə Vyanada üç həmsədr bir sıra qurumlarla, fəaliyyətdə olan sədrlə, Minsk qrupunun üzvləri ilə məsləhətləşmələr aparırlar, odur ki, bu məsələdə hansısa təkliflər gözləməyə dəyər.

“Aydındır ki, vəziyyət ötən il radikal surətdə dəyişdi və Rusiya, Prezident Vladimir Putin tərəflərlə razılığa gələrək, sözsüz ki, bunda əsas rol oynadılar və bu minvalla yaxın perspektivdə reallaşdırılmalı olan müəyyən yol xəritəsini təmin etdilər”, - 2020-ci il 9 noyabr bəyanatına toxunarkən Lukaşeviç qeyd edib.

Daimi nümayəndə vurğulayıb ki, öz növbəsində, yanvarın 11-dəki bəyanat bölgədə iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına təkan verdi və bu iş arasıkəsilməyən qarşıdurma şərtlərində gərgin səylər tələb edir: “Hər şey qəlizdir və həmsədrlər qoyulmuş məsələlərin məcrasında necə hərəkət edəcəklərinə dair resept verməkdə çətinlik çəkirlər”.

Rusiya həm üçtərəfli danışıqları, həm də üç baş nazir köməkçisinin müştərək sədrliyi altında aktiv fəaliyyət göstərərək nəqliyyat dəhlizlərinin açılması üzrə konkret məsələləri həll edən, bölgədə iqtisadi həyatı yoluna qoyan üçtərəfli qrupu təmin etdi, Lukaşeviç bildirib.

ATƏT-ə gəlincə, daimi nümayəndənin fikrincə, təşkilat münaqişə tərəflərilə dil tapmağa çalışır və bu strukturun konkret rolunu təyin etmək hələ ki çətindir: "Həmsədrlərdən yeni reallıqların və üç tərəfin birgə bəyanatlarının paradiqmalarına necə uyğunlaşacaqları barədə spesifik reseptlər gözləyirlər. Bu, qəliz məsələdir: mandat 1995-ci il martın 23-də verilib və bu münaqişənin həlli kontekstində səlahiyyətlər çevrəsini müəyyənləşdirib. Təəssüf ki, bunların heç biri istənilən nəticəni vermədi, baxmayaraq ki, həm Rusiyanın müdaxiləsi, həm də münaqişənin həlli – bu haqda Prezident Putin dəfələrlə, özü də kütləvi surətdə bəyan edib – ATƏT-in Minsk qrupunun həmsədrlərinin işləyib hazırladıqları həllərin bazasında əldə olunub”.

Ona görə də Lukaşeviç hesab edir ki, həmsədrlərin də, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin də rolu vacibdir.

“Əlbəttə, əvvəllər tətbiq olunan müşahidə funksiyaları indi, çətin ki, reallaşdırılsın, çünki artıq yeni mexanizmlər, yeni reallıqlar işə düşüb”, - deyən Lukaşeviç yerlərdə müəyyən funksiyaları icra edən Rusiya sülhməramlılarını xatırladıb.

“Yeni məsələlər toplusunu hələ öyrənmək lazımdır, çünki keçmişin düşüncəsi kömək etməyəcək. Aydındır ki, hazırda bölgədə baş verən proseslərə Minsk qrupu strukturunun uyğunlaşdırılması üçün yeni reseptlər lazımdır”, - o deyib.

Eyni zamanda diplomat hesab edir ki, hazırda aparılan məsləhətləşmələr həm fikir yürütmək, həm də həmsədrlər və şəxsi nümayəndənin fəaliyyətləri üçün bir mənbədir: “Biz buna çox ümid edirik, sabah Minsk qrupunda bu barədə danışılacaq. Bu, hər kəsə açıq diskussiya olmasa da, mümkündür ki, məsələ barədə hansısa birgə bəyanatlar verilsin”.

Sərhədin delimitasiyası və demarkasiyası mövzusuna toxunan Lukaşeviç xatırladıb ki, Rusiya bu məsələdə öz vasitəçilik xidmətini təklif edib, ancaq tərəflərin razılığa gəlməsi lazımdır.

"Yaxın günlərdə həmsədrlərin bölgəyə gedib, vəziyyəti aydınlaşdırıb, tərəflərlə danışıqlar aparması vacibdir. Hesab edirəm ki, belə imkan çox yaxın müddətdə yarana bilər", - daimi nümayəndə bildirib.

Beynəlxalq humanitar təşkilatların əhaliyə yardım üçün bölgəyə buraxılmasına gəlincə, Lukaşeviç deyib ki, bu mövzuda təşkilati məsələləri tərəflər fərqli şəkildə təfsir edirlər. Diplomat bildirib ki, Vyanaya getməzdən öncə həmsədrlər bir neçə belə təşkilatla, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə, qaçqınların məsələləri üzrə ali komissarla məsləhətləşmələr aparıblar.

Eləcə də oxuyun:

  • Minsk qrupunun həmsədrləri Azərbaycan-Ermənistan sərhədinə gedə bilərlər - Lukaşeviç

  • Ermənistanın sərhəd oyunları – beynəlxalq qüvvələr prosesə qoşula bilərmi?

  • Rəsmi Bakı ATƏT-in Minsk qrupunun həmsədrlərinə cavab verdi
Xəbər lenti
0