CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Altı mindən çox abonentin qaz təchizatı yaxşılaşdırılır

© Photo : AzeriGas Production UnionQaz sayğacı
Qaz sayğacı - Sputnik Azərbaycan, 1920, 01.06.2021
Abunə olmaq
"Azəriqaz" 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işləri aparır. Görülən işlər çərçivəsində sərhəd bölgəsində yaşayan 2700 abonentin qaz təchizatı xeyli yaxşılaşacaq.

BAKI, 1 iyun — Sputnik. Abonentlərin təbii qazdan rahat və daha əlçatan şəkildə istifadə etməsi “Azəriqaz” İstehsalat Birliyinin əsas prioritet hədəflərindən biridir. Bu barədə Birlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, bu məqsədlə Birlik tərəfindən 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir. Tovuz rayonunun Əlibəyli və Yuxarı Öysüzlü kəndlərini mavi yanacaqla təmin edən istismar müddəti başa çatmış polad boru ilə çəkilmiş qaz xətti 3200 metr uzunluğunda polietilen boru ilə əvəzlənir. Görülən işlər çərçivəsində sərhəd bölgəsində yaşayan 2700 abonentin qaz təchizatı xeyli yaxşılaşacaq.

Gəncə şəhərində Birliyin Təmir-Tikinti İdarəsi tərəfindən pərakəndə şəkildə çəkilən qaz xətləri diametri 225 mm olan vahid polietilen boru ilə çəkilən qaz xətti ilə əvəzlənir. 2300 metr uzunluğunda yeni qaz xətti hazır olduqdan sonra təkcə Gəncə şəhəri deyil, Göygöl rayonunun da bir hissəsindəki 3500-ə qədər abonent mavi yanacaqdan dayanıqlı şəkildə istifadə edə biləcək.

Eləcə də oxuyun:

  • Qaz sayğacları ilə bağlı dəyişiklik

  •  "Azəriqaz" İB-nin əməkdaşlarına xəsarət yetirildi

  •  Aİ-dən Azərbaycan istiqamətində yeni qaz xətti: Bakı “Qazprom”a rəqib olur?

Xəbər lenti
0