CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaz sayğacları ilə bağlı dəyişiklik

© Photo : AzeriGas Production UnionQaz sayğacı
Qaz sayğacı - Sputnik Azərbaycan, 1920, 06.04.2021
Abunə olmaq
“Azəriqaz” İB İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əməkdaşlığı yüksək qiymətləndirir"

BAKI, 6 aprel — Sputnik. "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “Azəriqaz” İstehsalat Birliyinə yeni təklif daxil olub. Belə ki, Dövlət Xidməti sahibkarların təbii qaz çəkilişi üçün aldıqları texniki şərtdə dəyişiklik olunmasını tövsiyə edib". Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, bu günədək bu sənəddə əksini tapan 4.8-ci bənd (istifadə olunacaq bütün avadanlıqlar yeni və istifadə olunmamış olmalıdır) qeyd edilən sənəddən çıxarılacaq: "Çünki bu tələb sahibkarın qaz ölçü qurğusu seçərkən yenisini almasını şərtləndirirdi. Lakin bəzi sahibkarlar təmir edilərək yenidən istifadəsi mümkün olan qaz sayğaclarından yararlanmaqla məsrəflərinə qənaət etmək istəyirdilər. Bu kimi müraciətləri nəzərə alan Dövlət Xidməti müvafiq təklifi “Azəriqaz” İB-yə yönəldib və Birlik də belə bir təşəbbüsü müsbət qarşılayıb".

"Ümumiyyətlə, “Azəriqaz” İB İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əməkdaşlığı yüksək qiymətləndirir. Bu və ya digər formada irəli sürülən təkliflərin ümumi işin daha səmərəli təşkilinə imkan yaradacağına inanır. Hesab edirik ki, bundan sonra da bu cür fəaliyyət davamlı xarakter alacaq", - deyə verilən məlumatda bildirilib.

Xəbər lenti
0