CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki yüz iyirmi altı günün həsrəti: "Bircə M-lərə möhtac olmayaq" - REPORTAJ

© Sputnik / Murad OrujovBakıda metro faliyyətini bərpa edib, 31 may 2021-ci il
Bakıda metro faliyyətini bərpa edib, 31 may 2021-ci il - Sputnik Azərbaycan, 1920, 31.05.2021
Abunə olmaq
"Stansiyaların girişlərində sərnişinlərdən maska taxılması tələb ediləcək. Metroda, qatarlarda da tibbi maskanı ağızdan çıxartmaq olmaz" - B.Məmmədov.

Sputnik, Nigar İsgəndərova

BAKI, 31 may — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə bu gündən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yenidən öz fəaliyyətini bərpa edib.

Sputnik Azərbaycan "Bakı Metropoliteni"nin bugünkü fəaliyyətini qısa müddətdə izləyib.

Yeddi aydır ki, qapalı olan metropolitenin fəaliyyətinin yenidən bərpa olunması sərnişinlər tərəfindən də böyük sevinclə qarşılanıb. Hər kəsdən "metro bir daha bağlanmasın", "hətta basırıq olsun, bir qədər gec gəlsin, amma M-lərə möhtac olmayaq", "nə yaxşı, bu gündən artıq yollarda qalmarıq" deyə bu kimi çoxsaylı sözlər eşitmək olardı.

© Sputnik / Murad OrujovBakıda metro faliyyətini bərpa edib, 31 may 2021-ci il
İki yüz iyirmi altı günün həsrəti: Bircə M-lərə möhtac olmayaq - REPORTAJ - Sputnik Azərbaycan, 1920, 31.05.2021
Bakıda metro faliyyətini bərpa edib, 31 may 2021-ci il

Bu gün metro uzun müddətdir yollarda eşitmədiyimiz körpə-uşaq səslərini də yenidən bizə eşitdirdi. Səhər tezdən validyenləri ilə gəzməyə, məktəbə gedən kimi, metroda yarıyuxulu vəziyyətdə oturan kim. Metro həmişəki kimi xoş istirahətə yollananlarla yanaşı, işə tələsənlərin də ünvanı idi. Onların üzündən isə ancaq xoş əhval-ruhiyyəni oxumaq mümkün idi, elə bizim kimi...

Növbəti stansiya "Nizami"...

"Nizami Gəncəvi" ilində "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovla elə bu stansiyada görüşərək bu saata olan son vəziyyəti öyrənirik: "Hələlik, sərnişindaşıma ilə bağlı statistika yoxdur. Onu qeyd edim ki, metronun fəaliyyətə başladığı səhər saatlarında elə çox sərnişin axını olmayıb. Lakin artıq pik saatlara doğru müəyyən qədər də olsa sənişin sayında artım var. Günün sonunadək vəziyyətin necə olacağını hələlik qiymətləndirmək mümkün deyil".

© Sputnik / Murad OrujovBakıda metro faliyyətini bərpa edib, 31 may 2021-ci il
İki yüz iyirmi altı günün həsrəti: Bircə M-lərə möhtac olmayaq - REPORTAJ - Sputnik Azərbaycan, 1920, 31.05.2021
Bakıda metro faliyyətini bərpa edib, 31 may 2021-ci il

"Metro ilə bağlı əsas monitorinqlərimiz məhz bundan sonra başlayacaq. Məhz bunun əsasında biz müəyyən edəcəyik ki, sərnişinlərimiz hansı axın istiqamətində, hansı xətlərdə daha çox olur", - deyə o əlavə edib.

O bildirib ki, hazırda metronun fəaliyyətində hansısa problem yoxdur, qatarlar qrafikə uyğun hərəkət edirlər: "Sərnişin sıxlığı olmadığından sərnişinlər tərəfindən hansısa maneə yoxdur. Qrafikin tənzimlənməsinə gəlincə, optimal qrafik təyin olunur, adi vaxtlar üçün də optimal qrafik də qalacaq. Gücləndirilmiş  rejimdə işlədiyimiz üçün sərnişin axını izlənilir. Buna əsasən cari və gələcək tədbirlərimiz müəyyən olunacaq. Əsaslı təmirdə olan qatarlarımız istisna olmaqla bütün qatarlar, xüsusən də təzə qatarların hamısı xətdədir. Hər hansı problemin olması gözlənilmir".

Metroda tələblər dəyişmir

Ehtiyat qatarlar isə kifayət qədərdir: "Hazırda Rusiyada bu il üçün nəzərdə tutulan 4 qatar, yaxud da 20 vaqonun istehsalı davam edir. Bu qatarlar ilin ikinci yarısında gətiriləcək. Həmin qatarlar sazlanma və sınaq işlərindən sonra xəttə buraxılacaq. Bunlar müasir tipli qatarlardır və ötənilki qatarlarln eynisidir".

© Sputnik / Murad OrujovBakıda metro faliyyətini bərpa edib, 31 may 2021-ci il
İki yüz iyirmi altı günün həsrəti: Bircə M-lərə möhtac olmayaq - REPORTAJ - Sputnik Azərbaycan, 1920, 31.05.2021
Bakıda metro faliyyətini bərpa edib, 31 may 2021-ci il

B.Məmmədov sərnişinləri qaydalara əməl etməyi səsləyir: "Stansiyaların girişlərində sərnişinlərdən maska taxılması tələb ediləcək. Metroda, qatarlarda da tibbi maskanı ağızdan çıxartmaq olmaz. Əks halda sərnişinlər inzibati məsuliyyətə cəlb oluna bilərlər. Sosial məsafənin qorunması tələbinə də əməl edilməlidir".

Metropoliten rəsmisi mütəmadi olaraq dezinfeksiya işlərinin aparılacağını deyir.

O hazırda metroda davam edən proseslərdən də söz açıb: "Xocahəsən elektrik Deposunda hazırda tikinti işləri birinci mərhələ üzrə planlı şəkildə, öz axarına uyğun davam edir. Bu depoda inşaat işləri 3 mərhələdən ibarət olacaq. Ən vacib məqam isə orada yerüstü stnasiyanın inşası ilə bağlıdır. Nərimanov elektrik Deposunda "Bakmil" stansiyası olduğu kimi, həmin ərazidə  də yerüstü stansiya olacaq olacaq. Konseptual inşaat sxemi üzrə başqa stansiyaların tikintisi ilə bağlı işlər aparılır və aparılacaq. Hazırda bənövşəyi xəttin 3-cü stansiyasından sonrakı - şərti adı  "B4" stansiyasının inşasının ilkin hazırlıq işləri gedir".

Metropoliten rəsmisi bu müddətdə stansiyalarda görülən işlərdən də danışıb: "Elmlər Akademiyası" stansiyasının üzərindıki inzibati binanın fasadının örtüyü təmir-bərpa işlərinə cəlb olunub. Çünki bina uzun müddət istifadədə idi, hansısa təhlükənin olmaması üçün vaxtında təmir işləri aparılmalı idi. Stansiyanın hər iki yolunun ağac şpalları dəmir-betonla əvəz olunub. Bu, metrpoliten üçün böyük tarixi hadisədir. Yolların dəyişdirilməsi planlaşdırma, tədbirlilik tələb edirdi. Bundan əlavə olaraq qeyd edim ki, "Cəfər Cabbarlı" stansiyasında işlərimiz davam edir. "Xətai" stansiyasının bir yolunda da ağac şpallar dəmir-betonla əvəz olunub. Digər yolunda da bu istiqamətdə tədbirlərimiz davam edəcək".

© Sputnik / Murad OrujovBakıda metro faliyyətini bərpa edib, 31 may 2021-ci il
İki yüz iyirmi altı günün həsrəti: Bircə M-lərə möhtac olmayaq - REPORTAJ - Sputnik Azərbaycan, 1920, 31.05.2021
Bakıda metro faliyyətini bərpa edib, 31 may 2021-ci il

Qeyd edək ki, artıq bu gündən etibarən metropolitenin 26-cı stansiyası olan - zəfər tarixinin adını özündə əbədiləşdirən "8 Noyabr" stansiyası da sərnişinlərin istifadəsinə verilib.

Növbəti stansiya "Elmlər Akademiyası", artıq biz də mənzil başındayıq...

Eləcə də oxuyun:

  • Bu gündən açıq havada maskasız gəzə bilərsiz - qadağa ləğv edildi

  • Paytaxt sakinlərinin nəzərinə: Bu gün saat 06:00-da Bakı metrosu fəaliyyətini bərpa edir

  • BNA-dan xəbərdarlıq: Səkkiz gün ərzində paytaxtın bəzi küçələrində hərəkət dayandırılacaq

  • Böyük Qələbənin şərəfinə! Bakıda "8 Noyabr" stansiyasından - FOTOLAR

     

Xəbər lenti
0