BAKI, 31 may - Sputnik. Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin bəzi məhdudiyyətləri aradan qaldırılır. Bunlardan biri də saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbinin ləğv olunmasıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarında bildirilir.
Qeyd edək ki, sözügedən qərar yalnız açıq hava üçün keçərlidir. Qapalı məkanlarda isə tibbi maskadan istifadə mütləqdir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.
Bu gündən həmçinini müvafiq olaraq ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir. Həmçinin Bakı metropoliteni də öz qapılarının sərnişinlərin üzünə açır.
Həmçinin oxuyun: