Kiyev ABŞ-dan "Şimal axını - 2" ilə bağlı sanksiyaları geri qaytarmağı tələb edir

© AFP 2024 / TOBIAS SCHWARZСтроительство газопровода "Северный поток-2"
Строительство газопровода Северный поток-2  - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Abunə olmaq
Almaniyaya təzyiq göstərilməsi isə Berlinlə əvvəlki prezidentin idarəçiliyi dövründə onsuz da korlanmış münasibətlərin daha da pisləşməsinə gətirə bilər.

 

BAKI, 26 may — Sputnik, Natalya Dembinskaya. Birləşmiş Ştatlar "Şimal axını - 2" layihəsinə qarşı sanksiyalardan imtina edib. Rəsmi Kiyev isə elə həmin an bununla bağlı Ukraynanın milyardlarla zərərə düşəcəyini hesablayaraq Vaşinqtondan izahat verməyi tələb edib. Narahatlıq üçün əsas da var: Rusiya yanacağı artıq keçmiş qardaş respublikadan yan ötməklə gedir, Ukrayna ərazisindən tranzit minimuma enib. 2024-cü ildə, "Qazprom"la "Naftoqaz" şirkəti arasında müqavilənin müddəti başa çatdıqdan sonra isə Ukrayna ümumiyyətlə karbohidrogenlərin ötürülməsinə görə gəlirlərdən ümumiyyətlə məhrum ola bilər. Ətraflı - RİA Novosti-nin materialında.

Cəhdlərindən əl çəkiblər

Layihənin həyata keçirilməsini dayandırmaq üçün silsilə cəhdlərdən sonra amerikalılar onların faydasız olduğunu etiraf etdilər. Belə ki, Vaşinqton adı çəkilən qaz kəmərini inşa edən "Nord Stream 2 AG" şirkəti ilə bağlı məhdudiyyətləri ləğv edib. Bu isə layihənin başa çatdırılması ilə bağlı maneələri əhəmiyyətli dərəcədə aradan qaldırır.

ABŞ Dövlət Departamenti konqresə sanksiyalar altına düşən şirkətlər və gəmilərin adlarının əks olunduğu məruzəni təqdim edib. Sənəddə "Nord Stream 2 AG" şirkətinə təsir etmək tövsiyə olunur, lakin elə buradaca bildirilir ki, həmin tədbirlər Entoni Blinkenin qərarı ilə dayandırılıb.

Dövlət katibi bunu "milli maraqlarla" izah edib, lakin, təfərrüatları açıqlamaqdan imtina edib. ABŞ KİV-ləri Dövlət Departamentindəki mənbəyə istinadən qeyd edirdilər ki, Vaşinqton qərara gəlib ki, layihəni yalnız Almaniyadakı istehlakçılara qarşı sanksiyalar tətbiq etməklə dayandırmaq olar. Əks halda, bunun təsiri olmayacaq. Çünki boru kəməri 95% hazırdır.

Almaniyadakı qaz müştərilərinə təzyiq göstərilməsi isə Berlinlə əvvəlki prezidentin idarəçiliyi dövründə onsuz da korlanmış münasibətlərin daha da pisləşməsinə gətirə bilər. Donald Tramp NATO-nun saxlanması üçün avropalılardan getdikcə daha çox maliyyə vəsaiti tələb edir və eyni zamanda ticarət rüsumları ilə təhdid edirdi.

Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib ki, Vaşinqton artıq vəziyyəti düzəltməyə çalışır.

Zərəri hesablayıblar

Kiyev isə gələcəkdə olacaq itkiləri hesablayıblar. "Operator QTS Ukrainı" şirkətinin rəhbəri Sergey Makoqonun sözlərinə görə, "Şimal axını - 2" Ukraynanı ildə 5-6 milyard dollardan məhrum edəcək.

Rusiya qazın tranzit nəqlini dayandırdıqdan sonra Ukrayna 1,5 milyard dollar itirəcək. Qazın qiyməti artacaq. Belə ki, artıq mavi yanacağı Aİ ərazisindən nəql etmək lazım olacaq. Bu isə daha 2-3 milyard dollar zərər deməkdir.

"Bizim ixrac etdiyimiz hər şeyin qiyməti qalxacaq — məsələn, gübrənin. Əhali üçün tariflər artacaq ki, bunun üçün də müvafiq olaraq daha çox subsidiya lazım olacaq", — deyə Makoqon bildirib.

2020-ci ildə tranzit demək olar ki, 1/3 qədər azalıb —55,8 milyard kubmetrə qədər. Bu, son otuz il ərzində ən aşağı göstəricidir. Əvvəlki illərdə isə qaz tranzitinin həcmi 90 milyard kubmetrdən az olmayıb. Hətta böhran ili sayılan 2014-cü ildə belə tranzit xətləri ilə 62 milyard kubmetr qaz nəql olunub.

Qaz-nəqliyyat sisteminin layihə gücünün 146 milyard kubmetr olmasına rəğmən hazırda onun bugünkü yükü ən azı 30% idi.

Vəziyyətin bu cür olmasının bir neçə səbəbi var. 2020-ci ildə bu rəqəm 65 milyard olmalı idi. Lakin "Qazprom"la sazişin birinci rübdə, gec imzalanması səbəbindən (xüsusilə də yanvar və fevral ayında) Rusiya ixracının fiziki axını Ukrayna qaz-nəqliyyat sistemi nəzərə alınmadan müəyyən olunurdu. Həm də qışın isti keçməsi və karantin Avropa və Asiyada yanacağa tələbatın və qiymətlərin azalmasına gətirib.

Karbohidrogenlərin Ukrayna ərazisi ilə ötürülməsi isə qalıq prinsipi ilə həyata keçirilən ən bahalı əməliyyatdır.

Cari ildə tranzitdən yaxa qurtarmaqda davam edilib. Belə ki, fevral ayında yanvarla müqayisədə ¼ qədər azalma var. "Türk axını" boru kəmərinin Serbiyada və Bolqarıstanda inşasının başa çatdırılmasından sonra Kiyev, elə ukraynalıların öz qiymətləndirməsinə görə, ildə daha 10-12 milyard kubmetr itirəcək. "Qazprom" artıq Serbiya, Bosniya və Hersoqovinaya yeni marşrutla yanacaq göndərir.

Qaytarmağı tələb edirlər

Amerikalıların qərarı Kiyevi məyus edib. Rada ABŞ parlamentinin nümayəndələr palatası və senatını qaz kəmərinin inşasının "tam və birdəfəlik" dayandırılması üçün bütün qanuni vasitələrdən istifadə etməyə çağırıb. Rusiya guya ki, energetikanı "hibrid müharibə vasitəsi" kimi istifadə edir. Bu isə, Kiyevin qənaətinə görə, "Ukrayna və Avropanın enerji təhlükəsizliyinə birbaşa təhlükə kəsb edir".

Lakin hətta Ukrayna analitikləri də etiraf edirlər ki, Kiyev burada yalnız özünü günahlandıra bilər. Energetik strategiyalar institutunun həmtəsisçisi Yuri Korolçuk bir müddət əvvəl bildirib:

"Yanacaq tranziti ilə bağlı baş verənlərin hamısı bazar uğrunda mübarizədə siyasi yolu seçmiş "Naftoqaz"ın ucbatındandır".

Daha sonra Korolçuk xəbərdar edib ki, Rusiyanın qaz kəmərlərinin hamısı işə düşdükdən sonra Ukrayna ərazisi ilə qaz nəqlinin həcmi çox cüzi olacaq.

"Problemlər Rumıniyadan daha çox Macarıstan və balkan ölkələri ilə bağlıdır. Belə ki, bu ölkələr tezliklə qazı Mərkəzi-Şərqi Avropanı "Türk axını" ilə birləşdirən interkonnektor qaz kəmərlərindən götürə biləcəklər," - deyə o bildirib.

Simanı saxlamaq

Avropa mühəndis təhsili cəmiyyətinin rəhbəri Samuel Furfari bildirib ki, Amerikalılar həm Avropa ilə münaqişəyə girmək istəmirlər, həm də Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istərdilər.

Onun fikrincə, "Şimal axını - 2" layihəsinin inşası və istifadəyə verilməsinin qarşısının alınması ideyası elə əvvəldən mənasız və axmaq ideya idi: "Demək olar ki, Birləşmiş Ştatlar başa düşür ki, onların kəskin yanaşması Berlində istədikləri nəticəni verməyəcək".

Yaxın illərdə tranzitin itirilməsi Ukrayna üçün xüsusi narahatlığa gətirməyəcək: "Qazpromla" 2024-cü ilə qədər imzalanmış müqavilə bu prinsipə əsaslanır: "ya ötür, ya da pulunu ödə". Bu isə ildə 40 milyard kubmetr deməkdir. "Şimal" və "Tark" axınlarının istifadəyə verilməsindən sonra Rusiya Ukrayna istiqamətindən imtina edə bilər. Hətta siyasi səbəblərdən bu istiqaməti saxlasa belə, Kiyevin, vasitəçi kimi gələcəyi yoxdur: Avropa bazarı çox sürətlə dəyişir.

Eləcə də oxuyun: 

* Gizli ordu: ABŞ professional qatilləri bütün dünyaya yayır

* Kreml pozitiv siqnal gördü – ABŞ-Rusiya əlaqələrində yeni dönəm?

Arktikadakı qaz ehtiyatları: Rusiya ABŞ-ı Avropadan vurub çıxarmağa hazırlaşır

Xəbər lenti
0