Bayden 90 gün ərzində sübut istəyir

© AFP 2024 / OLIVIER DOULIERYПрезидент США Джо Байден, фото из архива
Президент США Джо Байден, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Abunə olmaq
Amerika lideri vurğulayıb ki, ABŞ kəşfiyyatından "mövcud problem üzrə yekun nəticəyə gəlmək üçün lazım olan məlumatların toplanması və analizi prosesini ikiqat gücləndirməyi və 90 gün ərzində onu məlumatlandırmağı" xahiş edib. 

BAKI, 26 may - Sputnik. ABŞ-ın kəşfiyyat xidmətləri yeni tip koronavirusun insanın yoluxmuş heyvanla təması, yoxsa laboratoriyada qəza zamanı sızma nəticəsində yaranması barədə yekun fikrə gələ bilməyiblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib.

"Mən prezident olduqdan az müddət sonra, martda mənim milli təhlükəsizlik üzrə müşavirim COVID-19-un mənşəyi barədə ən son məlumatların olduğu məruzə hazırlanmasını kəşfiyyat xidmətlərinə tapşırdı. Onlar virusun insana yoluxmuş heyvandan, yaxud da laboratoriyada qəza nəticəsində sızmasından sonra keçməsini araşdırmalı idilər. Hazırda ABŞ-ın kəşfiyyatçıları iki mümkün ssenari ətrafında birləşiblər, ancaq bu məsələdə yekun rəyə gələ bilmirlər", - Baydenin bəyanatında deyilir.

Amerika lideri vurğulayıb ki, ABŞ kəşfiyyatından "mövcud problem üzrə yekun nəticəyə gəlmək üçün lazım olan məlumatların toplanması və analizi prosesini ikiqat gücləndirməyi və 90 gün ərzində onu məlumatlandırmağı" xahiş edib. 

Qeyd edək ki, ABŞ-ən sabiq prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo da virusun laborator mənşəli olduğunu dəfələrlə vurğulamışdılar.

Bu ilin əvvəlində koronavirusun mənşəyinin araşdırılması üçün Ümumdünya Səhiyyə Təşkilatı Çinin Uhan şəhərinə mütəxəssis qrupu göndərmişdi. Təşkilatdan öncə hesabat barədə məlumatları həmin ekspertlərlə bir qrupda işləyən çinli həkim açıqlamlş və bəyan eləmişdi ki, virusun laboratoriya sızması ilə əlaqəsi yoxdur.

Eləcə də oxuyun:

* Pompeodan dünyanı çalxalayacaq bəyanat

* Trampın köməkçisindən şok iddia: Uhan laboratoriyası haqda məlumatlar əlimizdədir

* Məlun virus, yoxsa yarıtmaz araşdırma? ÜST-ün hesabatı suallar doğurdu

* "Elə buna görə deyirdim ki, ÜST-ü tərk edək" - Hesabata reaksiya

 

Xəbər lenti
0