13:38 03 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Dünyanı cənginə almış bəla (392)
132440

Bennon deyib ki, həmin məlumatları həmçinin “fevralın ortalarından Çindən fərarilik edən” çinli alimlər də təqdim ediblər

BAKI, 12 iyul — Sputnik. Uhan laboratoriyasının alimləri Qərbə təslim olaraq koronavirusun mənşəyi barədə məlumatları bölüşüblər, bunun sayəsində xüsusi xidmət orqanları Çinə qarşı ittiham hazırlayırlar.

Sputnik Azərbaycan The Daily Mirror-a istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşavri Stiv Bennon deyib.

“Onlar hələ KİV-ə açıqlama vermirlər, amma Uhan laboratoriyasının və digər institutların işçiləri Qərbə gələrək hazırda Çin Kommunist partiyasının [koronavirus infeksiyasının yayılmasında] günahı barədə sübutları açıqlayırlar. Hesab edirəm ki, insanlar şoka düşəcəklər”, - Bennon deyib. 

Onun fikrincə, Qərbin xüsusi xidmətlərinin əlində Pekinin günahını sübut edən sanballı dəlillər var. Bennon deyib ki, həmin məlumatları həmçinin “fevralın ortalarından Çindən fərarilik edən” çinli alimlər də təqdim ediblər.

Aprelin 29-da Donald Tramp ölkəsinin xüsusi xidmət orqanlarına Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Çinin mümkün razılaşmasını araşdırmağı tapşırıb. Belə ehtimal var ki, guya ÜST Çinin Uhan şəhərindəki laboratoriyadan xəbərdar imiş.

Elə həmin aprel ayında fransalı alim, HİV-in kəşf olunmasına görə Nobel mükafatına layiq görülmüş Lük Montanye bəyan eləmişdi ki, koronavirus laboratoriyada yaradılıb. Onun sözlərinə görə, molekulyar bioloqlar QİÇS-ə qarşı vaksin yaratmaq məqsədilə koronavirusa HİV hissəcikləri əlavə edərək nəticədə SARS-CoV-2-ni əldə ediblər. Bir qədər sonra onun bu ehtimalını rusiyalı alim Pyotr Çumakov da təsdiqləyib və bəyan edib ki, Uhan laboratoriyasında “tamamilə ağlasığmaz işlər görüblər”.

Fox News telekanalı da aylar öncə bir neçə mənbəyə istinadən bildirmişdi ki, koronavirusa ilk yoluxan pasiyent elə Uhan Virusologiya İnstitutunun laboratoriyasının işçisi olub. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan isə cavabında bildirib ki, SARS-CoV-2 koronavirusunun Uhan laboratoriyasında yaradılmasına dair versiyanın heç bir elmi əsası yoxdur.

Mövzu:
Dünyanı cənginə almış bəla (392)

Əlaqədar

Tramp bir daha koronavirusa görə Çini cəzalandıracağına söz verib
Vaksin yarışı: Çin ikinci koronavirus peyvəndini hazır etməyə tələsir
Nobel mükafatı laureatı: “Koronavirus laboratoriyada yaradılıb”
Koronavirusa dair son məlumatlar: ölənlərin sayı 560 mini ötüb
72 il əvvəl qoyulan şərt Trampın planını poza bilər

Əsas mövzular