Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanı avrokuboklarda yenə bu klublar təmsil edəcək

© AFP 2023 / FABRICE COFFRINIУказатель рядом с штаб-квартирой УЕФА в Ньоне, фото из архива
Указатель рядом с штаб-квартирой УЕФА в Ньоне, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.05.2021
Abunə olmaq
Ötən mövsüm də avrokuboklara eyni komandalar vəsiqə qazanmışdı. Fərq bunda idi ki, "Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında iştirak hüququ əldə etmişdi.

BAKI, 24 may - Sputnik. Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün futbol klublarının adına aydınlıq gəlib.

"Report"un məlumatına görə, son olaraq ölkə kubokunun finalında "Sumqayıt"a 2:1 hesabı ilə qalib gələn "Keşlə" Konfrans Liqasında iştirak hüququ qazanıb.

Premyer Liqanı 39 xalla 3-cü pillədə bitirən Sumqayıt təmsilçisi də 57 xalla ikinci olan "Qarabağ"la birlikdə həmin turnirə qatılacaq.

59 xalla çempion olan "Neftçi" Çempionlar Liqasında çıxış edəcək. Komandaların hamısı I təsnifat mərhələsində başlayacaq.

Qeyd edək ki, yarımçıq dayandırılmış ötən mövsüm də avrokuboklara eyni komandalar vəsiqə qazanmışdı. Fərq bunda idi ki, "Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında iştirak hüququ əldə etmişdi.

Xəbər lenti
0