CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Avroviziya"nın startında xoşagəlməz olay

© Photo : EBU / NPO/NOS/AVROTROS Nathan ReindsСцена "Евровидения-2021" концертного зала Ahoy в Роттердаме
Сцена Евровидения-2021 концертного зала Ahoy в Роттердаме - Sputnik Azərbaycan, 1920, 17.05.2021
Abunə olmaq
Qeyd edək ki, Azərbaycan təmsilçisi Samirə Efendi müsabiqədə "Mata Hari" mahnısı ilə çıxış edəcək. O, səhnəyə mayın 18-i, birinci yarımfinalda çıxacaq. 

BAKI, 17 may - Sputnik. Rotterdamda "Avroviziya" mahnı müsabiqəsinin ölkələrin qarşılanma mərasimi keçirilir. 

"Füruzəyi xalça"da iştirakçıların defilesi şəhərin kruiz terminalında baş tutub.

Sputnik Azərbaycan Eurovision TV-yə istinadən bildirir ki, Azərbaycan təmsilçisi Samirə Efendi defileyə çəhrayı, dekoltelii donda çıxıb. 

​Ancaq məlum olub ki, mərasimdə heç də bütün iştirakçılar olmayacaqlar. Məsələn, Polşa və İslandiya nümayəndələri kimi - onların komandasında koronavirus aşkarlanıb. İndi onlar PZR test verərək təcrid olunmalıdırlar.

"Təhlükəsizlik tədbiri qismində Rumıniya ilə Malta nümayəndə heyətləri də "Füruzəyi xalça"ya çıxa bilməyəcəklər. Çünki onların olduğu oteldə qalan digər ölkələrin heyət üzvlərində COVID testləri müsbət çıxıb", - "Avroviziya"nın mətbuat xidmətindən bildirilib.

Bundan başqa, Avstraliyadan olan iştirakçılar da mərasimdə yoxdurlar - çünki pandemiya şəraitində səfərlərin xüsusiyyətlətinə görə hələ gəlib Niderlanda çıxa bilməyiblər.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Samirə Efendi müsabiqədə "Mata Hari" mahnısı ilə çıxış edəcək. O, səhnəyə mayın 18-i, birinci yarımfinalda çıxacaq. 

Eləcə də oxuyun:

Samirə Efendini "Avroviziya-2021"də məşhur dizayner geyindirəcək

Pandemiyaya görə "Avroviziya"ya bu şəkildə gedəcəklər

* Kimin əvvəli, kimin sonu - "Avroviziya"nın qalibi supermarketdə işə düzəlib

 

 

Xəbər lenti
0