01:16 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
MƏDƏNİYYƏT
Qısa URL
52

Pandemiya məhdudiyyətləri Kavananı gəlir mənbəyindən məhrum edib. Bu səbəbdən o, 17 yaşlı oğlu ilə birlikdə supermarketdə işə düzəlib.

BAKI, 16 may — Sputnik. "Avroviziya 1993" mahnı yarışının qalibi, irlandiyalı müğənni Niv Kavana əri, musiqiçi Pol Meqahinin xəstəliyindən sonra supermarketdə işləmək məcburiyyətində qalıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 2018-ci ildə İrlandiyanın Kork şəhərində müğənninin əri "Avroviziya"nın digər qalibləri ilə konsertdə çıxış edərkən insult keçirib. Həmin vaxt ərinin yanında uşaqları olub, Niv isə başqa şəhərdə konsert verirmiş.

Xəstəliyi ilə əlaqədar Meqahi danışıq qabiliyyətini itirib. Sonradan nitqi bərpa olunsa da, o, heç vaxt tam sağalmayacaq.

Pandemiya məhdudiyyətləri isə Kavananı gəlir mənbəyindən məhrum edib. Bu səbəbdən o, 17 yaşlı oğlu ilə birlikdə supermarketdə işə düzəlib.

İfaçı vurğulayıb ki, öz işi barədə heç kimə bildirməsə də, insanlar onu tanıyıblar.

 

Əsas mövzular