CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya dövründə ailə planlaşdırılması

CC0 / Vidal Balielo Jr. Follow / familyAilə, arxiv şəkli
Ailə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.05.2021
Abunə olmaq
Mütəxəssislər qeyd edirlər ki, bir ildən çox bir müddət ərzində toyların olmaması nikahların sayının kəskin azalmasına gətirib. Mövzu barədə Elgün Səfərov Sputnik Azərbaycan-ın canlı yayımında fikirlərini bölüşəcək.

BAKI, 17 may — Sputnik. Karantin məhdudiyyətləri dövründə bir çox ölkələrdə nikahların sayında kəskin azalma müşahidə olunur. Bu mənada Azərbaycan da istisna deyil. Ölkəmizdə bu məsələ konkret olaraq yeni ailənin qurulmasından öncə gələn vacib və ayrılmaz bir adətin – toy mərasiminin keçirilməsinin mümkünsüzlüyü ilə izah olunur.

Mütəxəssislər qeyd edirlər ki, bir ildən çox bir müddət ərzində toyların olmaması nikahların sayının kəskin azalmasına gətirib. Öz növbəsində yaranmış vəziyyət doğumun dinamikası ilə bağlı problemlərin, çoxlu psixoloji narahatlıqların əmələ gəlməsinə gətirir. Digər tərəfdən, vətəndaş nikahları institutunun genişlənməsi müşahidə olunur ki, bu da cəmiyyətin mühafizəkar, ənənələrə bağlı hissəsi tərəfindən başa düşülmür, bəzən isə aşkar şəkildə qəbul edilmir.

Pandemiya və karantin məhdudiyyətlərinin ailə planlaşdırılması, demoqrafik göstəricilər, nikah və boşanma sayına təsiri, habelə pandemiyadan sonrakı dövrdə bu problemlərin həlli barədə Sputnik Azərbaycan multimedia mərkəzində 20 may saat 12.00-da keçirəcəyi mətbuat konfransında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov danışacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

Eləcə də oxuyun:

* "Qədir Xum"da nişan mərasimi keçirən 57 nəfər cərimələnib

Toy məclisi təşkil edən restoran sahibi və daha 65 nəfər cərimələnib

Gizli toy mərasimləri: kimisi batır, kimisi də sevincdən papağını göyə atır

 

Xəbər lenti
0