SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransanın vasitəçilikdən uzaqlaşdırılması ilə bağlı mövqe nümayiş etdirməliyik - TƏKLİF

© AP Photo / Francois MoriФлаги Франции и ЕС, фото из архива
Флаги Франции и ЕС, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.05.2021
Abunə olmaq
"Ermənistan şok yaşayır - Beynəlxalq ictimaiyyət isə bu suala cavab tapmalıdır. Ermənistan müharibədəki məğlubiyyətin şokunu yaşayır və ona görə də bu proseslərin gedişində hay-küy yaratmağa çalışır"

BAKI, 17 may — Sputnik. Artıq bir neçə gündür Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası prosesi Ermənistan tərəfində hay-küyə səbəb olub. Fransa Prezidenti Emmanuel Makron isə Azərbaycanın hüquqi davranışlarına qarşı qərəzli münasibətini ortaya qoymaqda gecikməyib. Makron Azərbaycanı Ermənistan sərhədlərini pozmaqda ittiham edib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddiaları tamamilə əsassızdır. Fransa prezidentinin sərhəddə gedən proseslərə qərəzli yanaşması Azərbaycan ictimaiyyətində də narazılıq yaradıb. Sputnik Azərbaycan sərhədlərin demarkasiya prosesində Ermənistan tərəfindən vəziyyətin qızışdırılması cəhdləri, digər dövlətlər tərəfindən prosesə qərəzli yanaşmanın səbəbləri və mümkün nəticələri ilə bağlı Milli Məclisin deputatı Nigar Arpadarainin və politoloq Elşən Manafovun fikirlərini öyrənib.

Politoloq Elşən Manafov bildirib ki, həm Fransa, həm ABŞ Azərbaycanın üçtərəfli razılaşmaları yerinə yetirdiyini gözəl başa düşürlər. Onun sözlərinə görə, həm ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyanat, həm bu ilin yanvarında əldə olunmuş razılıqlar nəqliyyat kommunikasiya xətlərinin bərpasını və sərhədlərin demarkasiyasını nəzərdə tuturdu: “Azərbaycan əldə olunmuş razılıqlara uyğun olaraq sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı addımları birtərəfli qaydada yerinə yetirir. Məlumdur ki, SSRİ dağıldıqdan sonra müstəqillik qazanan bu ölkələrin sərhəddi Ermənistanın təcavüzkar siyasəti səbəbindən müəyyən edilə bilməmişdi. Azərbaycan beynəlxalq hüququn verdiyi səlahiyyətlər əsasında sərhədlərin müəyyənləşdirilməsini həyata keçirir. Ermənistan isə müharibədə məğlubiyyət şoku yaşayır və ona görə də bu proseslərin gedişində hay-küy yaratmağa çalışır. Paşinyan iqtidarı başa düşür ki, razılıqların yerinə yetirilməsi ilə parlament seçkisi öncəsi müxalifətin əlinə şans vermiş olacaq”.

Elşən Manafov deyib ki, Fransanın sərhəddə baş verənlərlə bağlı mövqeyi acı təəssüf doğurur: “Belə aydın olur ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin prezidenti kimi Makronun əldə edilmiş razılıqlardan xəbəri yoxdur. Ya da Fransa Ermənistanla yaxın münasibətlərinin xarakterinə uyğun olaraq tərəf nümayiş etdirir. Bu halda Azərbaycan Fransanın Minsk qrupundan uzaqlaşdırılması ilə bağlı mövqe nümayiş etdirə bilər. Bir məqama da diqqət çəkmək istərdim ki, Ermənistan milliyyətçilərinin dəyirmanına su tökən Qərb dairələridir. Əgər bu himayə olmasaydı,  Ermənistandakı dairələr belə ajiotaj yaratmazdılar. Azərbaycanın müstəqil enerji siyasəti, milli təhlükəsizlik maraqlarına xidmət edən siyasət yürütməsi Azərbaycanla təhdidlə danışmaq istəyənlərin sayını artırır”.

Milli Məclisin deputatı Nigar Arpadarai bildirib ki, Azərbaycan artıq 30 ilə yaxın müddətdir danışıqlar aparır və bu danışıqlar ölkəmizin dünya birliyi tərəfindən tanınmış ərazilərini əhatə edir: “Bütün bu müddət ərzində Ermənistan işğalçı dövlət olaraq qalır. Hazırda barəsində söhbət gedən Qaragöl gölü Laçın rayonunda yerləşir ki, Laçın rayonunun və digər rayonların işğalı faktı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində öz əksini tapıb. Ərazilərimiz erməni işğalından azad olunandan sonra, sərhədçilərimiz sərhədləri Azərbaycan SSR-in sərhədlərini əsas götürərək bərpa edirlər. Əgər Ermənistan BMT TŞ qətnamələrinə və 10 noyabr bəyanatına baxmayaraq, Laçının bir hissəsini öz ərazisi hesab etməkdə davam edirsə, beynəlxalq ictimaiyyəti məhz bu narahat etməlidir və beynəlxalq ictimaiyyət bu suala cavab tapmalıdır: Ermənilərin onlara məxsus olmayan ərazilərə olan iddialarının qarşısı necə alınmalıdır?!”.

Həmçinin oxuyun:

Fransadan Ceyhun Bayramova zəng gəldi - Sərhəddə...

Fransa və Kanadanın çaşqınlıq yaratmaq niyyəti nədən xəbər verir?

Xəbər lenti
0