CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha 12 nəfərin əlilliyi ləğv edildi

© REUTERS / © REUTERS/Christian HartmannЧеловек с ограниченными возможностями, фото из архива
Человек с ограниченными возможностями, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.05.2021
Abunə olmaq
Müayinəsi aparılan şəxslərdən 12-nin diaqnoz və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib.

BAKI, 16 may — Sputnik. Hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərində ziddiyyət aşkarlanan 26 şəxsin də komissiya tərəfindən əyani müayinəsi aparılıb.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.

Komissiya Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyaları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələrindən ibarətdir. Əyani müayinələrin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı təmin edilir. Müayinədə Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli də iştirak edib.

Müayinəsi aparılan şəxslərdən 12-nin diaqnoz və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib.

Qeyd edək ki, bu kimi əyani müayinələrin əsas məqsədi əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməməsi, saxta təyinatların aşkar edilərək ləğv olunmasıdır.

Eləcə də oxuyun: 

Şizofreniyadan əziyyət çəkənlərə əlillik necə verilir?

Səhv müraciətlər ünvanlı sosial yardımla bağlı imtinalara səbəb olur

* Azərbaycanda əlillik təyinatı ilə bağlı yenilik

 

Xəbər lenti
0