CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhv müraciətlər ünvanlı sosial yardımla bağlı imtinalara səbəb olur

© © REUTERS/Christian HartmannЧеловек с ограниченными возможностями, фото из архива
Человек с ограниченными возможностями, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.05.2021
Abunə olmaq
"Vətəndaşa təyinat gedir ailə tərkibi, gəliri və əmlakı haqda düzgün məlumat verməyibsə, hansısa məlumatı gizlədibsə və ona da təyinat gedibsə, bu zaman bir il müddətində müraciətlər məhdudlaşdırılır." - S.Mehdiyev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. "Əlilliklə bağlı səhiyyə müəssisəsi tərəfindən göndərişlər həyata keçirilir və tibbi sosial eskpert komissiyası tərəfindən həmin şəxsin əlilliyinin qiymətləndirilməsi həyata keçirilir. Əlavə araşdırma tələb edən məsələlər varsa, bu zaman araşdırma müddəti bir qədər də uzanır. Bəzən olur ki, məlumatlaırn natamama göndərilməsi də araşdırma müddətinin uzadılmasına təsir edir. Bu məlumatlar natamam doldurulduğu üçün imtina verilərək şəxsə geri qaytarılır. Bu qeyd olunan məsələlər tibbi sosial ekspertizanın fəaliyyət istiqamətlərinə aiddir. Bildiyiniz kimi, əlilliklər müddətli və müddətsiz olaraq təyin edilir. Əgər şəxsin bədəninin funksionallığının bərpa mümkün deyilsə, bu zaman müddətsiz olaraq əllilik təyin edilir. Bildiyiniz kimi, 2016-cı ildə əksər müddətli təyin olunan əlillik qruplarının bitmə müddəti 2021-ci ilə təsadüf edib. Belə olan halda müraciətlərin sayı da artıb. Buna baxmayaraq komissiya tərəfindən qiymətləndirilmələr aparılır".

Прохожий на улице в Кутаиси - Sputnik Azərbaycan, 1920, 05.05.2021
CƏMİYYƏT
Azərbaycanda əlillik təyinatı ilə bağlı yenilik

Sputnik Azərbaycan-ın xəbərinə görə, belə açıqlama ilə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev çıxış edib.

"Ünvanlı sosial müdafiəyə görə vətəndaş müraciət etdikdə ailə tərkibi göstərilir. Ailə tərkibinin gəlirləri və s hesablanır və məlumatlar yoxlanılıır. Onların gəlirləri ilə ehtiyac meyarları arasındakı fərq onlara ödənilir. Müraciətlərdə imtinaların əsas səbəbi isə ailə tərkibinin düzgün göstərilməməsi ilə əlaqədardır. Vətəndaş ata-anası ilə birgə yaşayır, müraciət edir və məlum olur ki, bir evdə, ola bilər də ki bir həyətdə iki evdə hamı bir sayğacdan istifadə edir. Lakin ailə öz adından müraciət edib və ata-ana ilə bağlı lazımi məlumatları qeyd etməyib. Halbuki onlar ata-ana ilə birgə yaşayırlar, sayğacları da birdir. Çünki aradırma zamanı ailənin qaza, suya, işığa ödədikləri vəsaitlər də nəzərə alınır. Belə olan halda şəxsə ünvanlı sosial müdafiə ilə bağlı vəsaitin veriməsindən imtina verilir. Çünki həyət bir təsərrüfata aiddirdə, digər şəxslərin də məlumatları nəzərə alınır, müraciətdə bunlar da qeyd edilməlidir" - o əlavə edib.

S.Mehdiyev bildirib ki, ünvanlı sosial yardımla bağlı müraciətlərdən imtinada bu səbəb birinci yerdədir. O ünvanlı sosial yardımla bağlı hansı halda vətəndaşın müraicətlərinin məhdudlaşıdırlması məsələsinə də aydınlıq gətirib: "Vətəndaşa təyinat gedir ailə tərkibi, gəliri və əmlakı haqda düzgün məlumat verməyibsə, hansısa məlumatı gizlədibsə və ona da təyinat gedibsə, bu zaman bir il müddətində müraciətlər məhdudlaşdırılır. Belə olan halda həm dtəyinat dayandırılır, həm də bir il müddətində müraciəti məhdudlaşdırılır".

Xəbər lenti
0