CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərhəddə həlak olan hərbçimiz Qubada dəfn olundu

© Sputnik / Leyla Abdullayeva28 yaşlı Fərid Alimovun dəfni
28 yaşlı Fərid Alimovun dəfni - Sputnik Azərbaycan, 1920, 16.05.2021
Abunə olmaq
Sərhəddə həlak olan hərbçimizlə Qubada vida mərasimi keçirilib. Fərid ailənin böyük övladı olub. O, evli idi, 3 yaşında bir qızı ondan bizə yadigar qaldı.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Mayın 15-də Azərbaycan-İran sərhədində - Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının ərazisində baş verən insidentdə həlak olan DSX-nin hərbi qulluqçusu, kiçik gizir, 28 yaşlı Fərid Elçin oğlu Alimov Quba rayonunun Yeni Güləzi kənd qəbristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Quba İH başçısı və rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və kənd sakinləri iştirak ediblər.

© Sputnik / Leyla Abdullayeva
28 yaşlı Fərid Alimovun dəfni - Sputnik Azərbaycan
1/3
© Sputnik / Leyla Abdullayeva
28 yaşlı Fərid Alimovun dəfni - Sputnik Azərbaycan
2/3
28 yaşlı Fərid Alimovun dəfni - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Onu da qeyd edək ki, Fərid ailənin böyük övladı olub. Onun özündən kiçik subay qardaşı və evli olan bacısı var.

Fərid Alimov evli idi, 3 yaşında bir qızı ondan bizə yadigar qaldı.

Azərbaycan-İran sərhədində insident

Mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açıb və nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olublar.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, saxlanılan şəxsin İran İslan Respublikasının vətəndaşı Bərgi Həsənəli Novruz oğlu olması müəyyən edilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla ölkə ərazisinə gətirdikləri narkotik vasitə hesab olunan 3840 qram "marixuana" və 95 qram "metamfetamin", güclü təsir edən maddə olan 17715 ədəd "preqabalin" həbi, eləcə də odlu silaha aid gilizlər və digər maddi subutlar aşkar olunaraq götürülüb.

Eləcə də oxuyun: 

Sərhəddə hərbçilərimizin qətli ilə bağlı saxlanılan var

Dinc dövrdə həlak olan hərbçimiz torpağa tapşırıldı

İranla sərhəddə atışma: İki hərbçimiz həlak olub

* İrandan Ukraynaya aparılan qəribə yük: İt kartof şəklinə salınmış narkotikləri ələ verdi

 

Xəbər lenti
0