BAKI, 16 may — Sputnik. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Nuray Manafova İtaliyanın Roma şəhərində keçirilən "Star of the Rome" (Romanın ulduzu) beynəlxalq müsabiqəsində uğurla iştirak edib.
Sputnik Azərbaycan xəbər verir ki, balaca pianoçu Balis Dvarionasın "Prelüdiya"sını ifa edərək laureat adına layiq görülüb.
Münsiflər heyəti şagirdlə yanaşı, onu hazırlayan müəllimin peşəkarlığını yüksək qiymətləndirərək Lalə Useynovaya təşəkkür diplomu ünvanlayıb.
Eləcə də oxuyun:
* Dünyaca məşhur müsabiqədə Azərbaycanı təmsil edəcək müğənninin adı açıqlanıb
* Arslan Növrəsli: Uşaqlar yaşıdları ilə oynayanda, biz zamanımızı musiqiyə həsr edirdik