BAKI, 19 aprel — Sputnik. Vətən müharibəsindəki qələbəmizdə payı olan əsas şəxslərdən biri bizə qələbəni yaşatsa da, Zəfər Günündən sonra şəhidlərimizin nəşlərini dəyişdirən zaman minaya düşərək şəhid olan polkovnik Babək Səmidlinin təsirli piano ifası yayılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Babək Səmidli videoda türk mahnısı "Günün birinde"ni ifa edir.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini Babək Səmidli 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. 2020-ci ilin noyabrda minaya düşməsi nəticəsində şəhid olub.