İsrail ərazisi indi də Livandan raket atəşinə tutulur

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidБоевая машина РСЗО "Град", фото из архива
Боевая машина РСЗО Град, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.05.2021
Abunə olmaq
İsraillə Qəzza zolağındakı sərhəddə vəziyyət bazar ertəsi gərginləşib. İsrailin yaşayış məntəqələri arasıkəsilmədən raket atəşinə tutulur.

BAKI, 13 may - Sputnik. Livanın Əl-Kəlilə bölgəsindən İsrail ərazisinə "Qrad" tipli raketlər atılıb. 

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən xəbər verir. 

İsrail ordusu da xəbəri təsdiqləyib və bildirib ki, İsrail ərazisinə 3 "Qrad" raketi atılıb.

Bu arada Türkiyənin Anadolu agentliyi operator Mohammad əl-Alul və fotomüxbiri Mustafa Hassunun Qəzza bölgəsində yaralandığını bildirib.

İsraillə Qəzza zolağındakı sərhəddə vəziyyət bazar ertəsi gərginləşib. İsrailin yaşayış məntəqələri arasıkəsilmədən raket atəşinə tutulur.

İsrail isə öz növbəsində Fələstinin HƏMAS və “İslami cihad” qruplaşmalarının hədəflərini vurub, bir neçə döyüşçünü, o cümlədən yüksək vəzifəli səhra komandirlərini məhv edib.

Açıq mənbələrin məlumatına görə, hazırda İsrail ordusu Qəzzada quru əməliyyatlarının keçirilməsinə hazırlaşır.

Eləcə də oxuyun:

İsrail və Qəzza raket və aviazərbələrdən sonra - FOTOLAR

İsrail hekayəti: başımızın üzərindəki "Dəmir gümbəz"

Təl-Əviv qan içindədir: Radikalların atdığı raketlərdən biri avtobusu partladıb

 

 

Xəbər lenti
0