Dünyanın sonunu gətirəcək ölkə: ABŞ-ı iki dəfə üstələyib

© AFP 2024 / LEO RAMIREZPekində qum fırtınası
Pekində qum fırtınası - Sputnik Azərbaycan, 1920, 13.05.2021
Abunə olmaq
Bu tendensiya davam edərsə, o zaman Paris razılaşmasının məqsədini - 2050-ci ildə karbohidrogen neytrallığını insanlıq görməyə bilər.

BAKI, 13 may - Sputnik. Əgər Çin Paris iqlim razılaşması çərçivəsində əldə edilmiş istixana qazlarının atmosferə buraxılmasını azaltmasa, bəşəriyyəti fəlakət gözləyir. 

Sputnik Azərbaycan bildirir ki, Amerikanın Mütərəqqi Siyasət İnstitutunun strateji müşaviri Pol Bledsonun bu barədə mülahizələrini The Hill dərc edib.

İqlim üsrə mütəxəssis xatırladıb ki, ABŞ və Avropa ölkələri tullantıların həcmini azaltmağa boyun olublar, uzunmüddətli perspektivdə bu, tullantıların bütün dünya üzrə azaldılmasına gətirib çıxarmalıdır. Ancaq Bledso hesab edir ki, Çində tullantıların artması bu prosesə mane ola bilər.

Антониу Гутерриш, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.05.2021
BMT bəşəriyyət üçün faciənin yaxınlaşması barədə xəbərdarlıq edib

"Çin iqlim dəyişiklikləri sahəsində dünyanın digər nəhəng ölkələrinin əldə etdiyi böyük nailiyəti məhv etmək riski ilə üz-üzədir", - məqalədə deyilir.

Müəllif bu yaxınlarda Rhodium Group-un apardığı araşdırmanı yada salıb: o, 2019-cu ildə Çinin havaya buraxdığı tullantıların həcminin digər bütün inkişaf etmiş ölkələrin analoji göstəricisindən çox olduğunu təsbit etmişdi.

Bledsonun fikrincə, bu tendensiya davam edərsə, o zaman Paris razılaşmasının məqsədini - 2050-ci ildə karbohidrogen neytrallığını insanlıq görməyə bilər. Bu isə öz növbəsində dağıdıcı iqlim dəyişikliyinə gətirib çıxarar.

Ötən il Çin bütün dünyadan üç dəfə çox kömürlə işləyən elektrik stansiyası tikib, üstəlik, daha 300-nü də tikməyi planlaşdırır. Analitik deyir ki, Pekin kömür istifadəsi və tullantıların 2025-ci ildə azaldılacağını söz verib.

2020-ci ildə Çinin havaya buraxdığı tullantının həcmi dünya üzrə göstəricinin 27%-ni təşkil edib, bu, ikinci yeri tutan ABŞ-dan iki dəfə çoxdur. Paris razılaşması çərçivəsində Pekin yaxın onillik ərzində də tullantıların həcmini artıra bilər, bu isə Bledsonun sözlərinə görə, bütün dünyanın iqlim fəlakətinin qarşısını almağa yönəlmiş fəaliyyətini puç edəcək.

Eləcə də oxuyun: 

Azərbaycanda qida israfı: Dünyanın xeyli ölkəsini geridə qoyuruq

Xəzər sahilində 150-dən çox suiti cəsədi aşkar olunub

Azərbaycanda məşhur göl qurumaq təhlükəsi ilə üzləşib - ərəblərin ayağı düşmədi

 

Xəbər lenti
0