BKAI, 13 may - Sputnik. UEFA Çempionlar Liqasının finalı ilə bağlı qərarını açıqlayıb.
Sputnik Azərbaycan apasport.az-a istinadən bildirir ki, qitə futbol qurumu həlledici qarşılaşmanı İstanbuldan alıb.
“Mançester Siti” ilə “Çelsi” arasındakı görüş Portuqaliyanın Porto şəhərində yerləşən “Draqao” stadionunda keçiriləcək. Mayın 29-dakı görüşə hər komandanın 6000 azarkeşi buraxılacaq. Artıq bu gündən biletlər satışa çıxarılacaq.
Qeyd edək ki, 2023-cü ildəki Çempionlar Liqasının final matçının İstanbula verilməsi gözlənilir.
Eləcə də oxuyun:
* EURO-2020-də çıxış edəcək komandaların tərkibi genişləndirildi