Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 11 may - Sputnik. Şimal bölgəsi may ayında ikinci dəfə sürpriz təbiət hadisəsi ilə qarşılaşıb.
Qubadan sonra bu gün qar Qusarın Ləzə kəndinə yağıb. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, qarın hündürlüyü 10 sm-ə yaxın olub.
Dəniz səviyyəsindən 1280 metr hündürlükdə yerləşən Ləzə kəndinin sakinləri may ayında yağan qarı bolluq rəmzi kimi qiymətləndirirlər. Yaz ayı olduğundan yağan qar artıq əriməyə başlayıb.
Xatırladaq ki, mayın 5-də Qubanın Xınalıq kəndində qar yağmışdı. Gecə saatlarında yağan intensiv yağışı səhər saatlarında qar əvəz etmiş, qarın hündürlüyü 4-5 sm-ə yaxın olmuşdu.
Eləcə də oxuyun:
* Külək Goranboy sakinlərini müharibə dövrünə qaytardı - FOTO
* Umayra Tağıyeva: “Mayın 11-dən 14-dək havanın temperaturu gündən-günə yüksələcək”
* Güclü külək şimal-qərb bölgəsində fəsadlar törədib - FOTO