04:09 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
HADİSƏ
Qısa URL
74

Təbiət hadisəsinin Goranboyda yaratdığı fəsad Bəsti Allahverdiyevanın qəzalı evini daha da təhlükəli vəziyyətə salıb. Rayonun 1 qəsəbəsi, 10-a yaxın kəndi isə işıqsız qalıb.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Qeyri-sabit hava şəraiti Goranboyda fəsadlar törədib. Qəfil güclənən külək irigövdəli ağacları aşırıb. Bir neçə kənd elektrik enerjisiz qalıb. Sputnik Azərbaycan xəbər verir ki, Goranboy şəhərinin Məmməd Məhərrəmov küçəsi 14 ünvanında yaşayan sakinlər heç də xoş olmayan sürprizlə qarşılaşıblar. Həmin ünvanda yerləşən ikimərtəbəli qəzalı binanın sakinlərindən olan Bəsti Allahverdiyevanın yataq otağının damını iri gövdəli qovaq ağacı dəlib. Yaşlı qadın Sputnik Azərbaycan-a bildirib ki, yatmaq istəyərkən başına az qala qovaq ağacının iri budağı düşəcəkmiş:

“Külək əsdi, ardından elə bir səs gəldi, elə bildim, evə raket düşdü. Tez oğlumu çağırdım, baxdıq gördük ki, küləyin təsirindən ağacın iri budağı dam örtüyünü dağıdıb, otağıma daxil olub. Azyaşlı nəvələrim var, onlardan lap kiçiyi çox qorxdu, özümün həyəcandan qan təziyiqim qalxdı. Yağış da bərk yağırdı, hamısı evə doldu. Bizim bu yaşadığımız bina 2 il əvvəldən qəzalı vəziyyətdədir. Adiyyatı qurumlar gəlib baxıb, söz verdilər ki, yeni bina tikiləcək. Hələ də gözləyirik. Hər gün burada təhlükə artır”.
  • Goranboyda küləyin fəsadları
    © Sputnik / Rahim Mammadov
  • Goranboyda küləyin fəsadları
    © Sputnik / Rahim Mammadov
  • Goranboyda küləyin fəsadları
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Goranboyda küləyin fəsadları

Goranboyun Məmməd Məhərrəmov 14 ünvanında yerləşən ikimərtəbəli qəzalı binada 12 ailə yaşayır. Sakinlərin əksəriyyəti kiçik, məktəb yaşlı uşaqlardır. Həmin ünvanda yaşayanlar tezliklə müasir bina tikilməsini vacib sayırlar.

Qeyd edək ki, güclü külək rayonun Qızılhacılı qəsəbəsində irigövdəli ağacı Goranboy-Tərtər yoluna aşırıb. Dayanacağın yaxınlığında baş verən hadisə zamanı, xoşbəxtlikdən, xəsarət alan olmayıb. Həmçinin təbiət hadisəsi zamanı rayonun Qızılhacılı qəsəbəsi, Balakürd, Boluslu, Məşədiqaralar, Eyvazlılar kəndləri gecədən səhərə qədər elektrik enerjisiz qalıb.

"Nur şəhəri" gecə boyu işıqsız qaldı - FOTO

* FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

* Umayra Tağıyeva: “Mayın 11-dən 14-dək havanın temperaturu gündən-günə yüksələcək

 

Teqlər:
qəzalı ev, ağac, fəsad, Goranboy, külək

Əsas mövzular