BAKI, 10 may - Sputnik, Kəmalə Əliyeva. Şuşa şəhərində "Xarı-bülbül" musiqi festivalına hazırlıq başlayıb. Festivalda tək konsert proqramı deyil, Azərbaycan rəssamlarının Qarabağın ürəyinə həsr olunmuş əsərləri təqdim ediləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, festivalda artıq Şuşada səfərdə olan Nigar Nərimanbəyova, Kamilə Muradova, Zöhrab Salamzadə və digərlərinin əsərləri nümayiş etdiriləcək. Fırça ustaları Azərbaycanın mədəniyyət paytaxtının gəzməli-görməli hissələrinin təsvirlərini yaradıb, eləcə də Şuşanın simvolu olan xarı-bülbül maketlərini rəngləyiblər.
Festivalı Heydər Əliyev Fondu təşkil edir. Onun proqramına Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı daxil edilib. Tədbirin keçiriləcəyi vaxt hələ elan edilməyib, ancaq bəzi məlumatlara görə, mayın 12-13-də Cıdır düzündə bizi möhtəşəm festival gözləyir.
Eləcə də oxuyun:
* İlham Əliyev Şuşa şəhəri ilə bağlı sərəncam verdi
* Məşhur fotoqraf: "Şuşa döyüşləri gələcəkdə bütün hərbi akademiyalarda dərslərə salınacaq"
* Əziz Şuşa, sən azadsan! İşğaldan qurtulmuş şəhərə həsr olunmuş video