QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Məşhur fotoqraf: "Şuşa döyüşləri gələcəkdə bütün hərbi akademiyalarda dərslərə salınacaq"

© Sputnik / Emin BabayevDiplomatik koruöusun nümayəndələri Cəbrayılda
Diplomatik koruöusun nümayəndələri Cəbrayılda - Sputnik Azərbaycan, 1920, 08.05.2021
Abunə olmaq
Deqati 1992-ci ilin aprel ayında Şuşa mühasirəyə alındığı vaxt şəhərdəki sonuncu fotojurnalist olduğunu və şəhərdən çıxmaq üçün dar dağ cığırından istifadə etdiyini bildirib.

BAKI, 8 may — Sputnik. Dünyaca məşhur Azərbaycan əsilli fotoqraf Reza Deqati Şuşa ilə bağlı daha bir paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, o, "Facebook" hesabında 1992-ci ildə işğal olunmuş və 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən azad olunan Şuşadan bəhs edib.

Deqati 1992-ci ilin aprel ayında Şuşa mühasirəyə alındığı vaxt şəhərdəki sonuncu fotojurnalist olduğunu və şəhərdən çıxmaq üçün dar dağ cığırından istifadə etdiyini bildirib. Onun sözlərinə görə, mayın 8-də şəhər ermənilərin əlinə keçdiyi vaxt çox sayda insan həlak oldu, qalanları isə qaçmaq məcburiyyətində qaldı.

"Ermənistanın işğalçı hücumu bütün Qarabağda milyondan artıq insanı öz evlərindən didərgin saldı, 30 mindən artıq insan həlak oldu, yaralandı", - deyə o əlavə edib.

Deqati 28 il əvvəl Şuşanı ayaqyalın tərk etmək məcburiyyətində qalan insanların Vətənə qayıtma arzusu ilə böyüyən uşaqlarının Vətən müharibəsində artıq başqa geyimdə öz yurdlarına qayıtdıqlarını vurğulayıb: "Dağdan ayaqyalın qaçmaq məcburiyyətində qalan insanların övladları indi fərqli bir geyimdədirlər və doğma ocaqlarına qayıdırlar. Şuşa döyüşləri gələcəkdə bütün hərbi akademiyalarda dərslərə salınacaq".

Xəbər lenti
0