BAKI, 10 may - Sputnik. Qüdsdə, Əl-Əqsa məscidinin yaxınlığında baş verən qarşıdurmada 278 fələstinli yaralanıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Qırmızı Aypara cəmiyyəti yaralılardan 205-nin xəstəxanalara çatdırıldığını bildirib.
מאות צעירים ערבים מפגינים במושבה הגרמנית בחיפה לאות הזדהות עם התושבים בשייח' ג'ראח
— כאן חדשות (@kann_news) May 9, 2021
(צילום: מתוך שידורי הטלוויזיה הפלסטינית)@eran_singer pic.twitter.com/rH62N1kymh
Qüdsün şərqində İsrail polisi ilə fələstinlilər arasında qarşıdurmalar bir neçə gündür, davam edir.
Əl-Əqsa məscidinin direktoru Ömər-əl-Kəsvani İslam aləmindən kömək istəyib. Fələstin dövlət televiziyasının məlumatına görə, o: "İslam aləmini yəhudi köçkünlərlə İsrail polisinin hücumundan sonra Əl-Əqsa məscidinə kömək etməyə çağırırıq", - deyib.
Fələstinin Dini İşlər Nazirliyindən mətbuata bildirilib ki, İsrail polisi Əl-Əqsa məscidinin bütün açarlarını müsadirə edib.
תיעוד זריקות אבנים וזיקוקים לעבר בית יהודי בשכונת מעלה הזיתים בירושלים
— כאן חדשות (@kann_news) May 9, 2021
(צילום: באדיבות בני המשפחה)@VeredPelman pic.twitter.com/zvN1cAuZCo
Məscidül-Əqsa (yaxud Beytul-Müqəddəs) - müsəlmanların ilk qibləsidir. İnşasına Davud peyğəmbər tərəfindən başlanıldığı və oğlu Süleyman peyğəmbər tərəfindən tamamlandığı rəvayət olunur. Məscidül-Həramdan sonra tikilən ən qədim ikinci məscid hesab olunur.
Qurana görə, Məhəmməd peyğəmbər Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparılıb.
Qeyri-müsəlmanların Əl-Əqsa məscidinə daxil olması qadağandır.
Eləcə də oxuyun:
* İsraildə dini mərasim zamanı izdiham, ölənlər və yaralılar var - FOTOLAR
* Ermənistanla bağlı İsrail rəhbərliyinə müraciət edilib
* Politoloq: “Azərbaycanın İsraildə səfirliyi açıla bilər”