12:17 11 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
© AP Photo
İsraildə keçirilən Laq Ba-omer dini tonqal qalama mərasimi zamanı yaranmış izdiham nəticəsində ən azı 44 nəfər ölüb

İsrail Baş naziri baş verən faciə ilə bağlı başsağlığı verib. O, insidenti böyük fəlakət adlandırıb.

İsraildə keçirilən Laq Ba-omer dini tonqal qalama mərasimi zamanı yaranmış izdiham nəticəsində ən azı 44 nəfər ölüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İsrailin "Haaretz" nəşri məlumat yayıb.

Bundan əlavə, qeyd olunur ki, izdiham nəticəsində 50-dən çox şəxs xəsarət alıb. Onlardan 20-nin vəziyyəti kirtikdir.

İsrail Baş naziri baş verən faciə ilə bağlı başsağlığı verib. O, insidenti böyük fəlakət adlandırıb.

İsrail yaralıların və ölən şəxslərin cəsədlərinin təxliyəsi üçün ordunu cəlb edib.

Qeyd edək ki, Laq Ba-omer bayramı zamanı tonqallar qalanır. Ən böyük mərasim Meron dağında baş verir. Bura ortodoksal iuadizm tərəfdarları toplaşır.

Digər fotolentlər

Əsas mövzular