CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yaşayış binasında yanğın olub, yaralılar var

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili  - Sputnik Azərbaycan, 1920, 10.05.2021
Abunə olmaq
Yanğın zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil veriliblər.

BAKI, 10 may - Sputnik. Bakı şəhərində yanğın zamanı ər-arvad xəsarət alıblar. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, paytaxtın Nəzsimi rayonunda dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 64 m² olan mənzildə ev əşyaları 4 m² sahədə yanıb. Yanğın zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil veriliblər. Mənzil yanğından mühafizə olunub.

Həmçinin məlumata görə, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

* FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

* FHN: Ötən sutka 16 yanğına çıxış olub, 2 nəfər xilas edilib

* İsmayıllıda yeni ailə quran gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb

 

Xəbər lenti
0