Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

FHN: Ötən sutka 16 yanğına çıxış olub, 2 nəfər xilas edilib

© Photo : Ministry of Emergency Situations of the Republic of AzerbaijanПожар на рынке стройматериалов EuroHome, 11 мая 2020 года
Пожар на рынке стройматериалов EuroHome, 11 мая 2020 года - Sputnik Azərbaycan, 1920, 08.05.2021
Abunə olmaq
Qoşqarçay çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində aşkar edilmiş Həsənova Mehriban Əziz qızının meyiti dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

BAKI, 8 may - Sputnik. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə,“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-nin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 2 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb, 1 nəfərin barmağında sıxılaraq qalan halqa xilasedicilər tərəfindən həkim nəzarəti altında müvafiq qaydada çıxarılıb.

Həmçinin, Qoşqarçay çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində aşkar edilmiş Həsənova Mehriban Əziz qızının meyiti dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti
0