CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağda teleradioyayımla əlaqədar nazirlikdən açıqlama

© AFP 2024 / KENZO TRIBOUILLARDРадиостудия, фото из архива
Радиостудия, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.05.2021
Abunə olmaq
Eyni zamanda, 30 dekabr 2020-ci il tarixindən Şuşa RTYS-dən 11 TV və 2 FM radio, o cümlədən CBC TV proqramının yayımına başlanılıb.

BAKI, 8 may — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi CBC radiosunun Qarabağda yayımı ilə bağlı məlumat yayıb. Nazirlikdən Sputnik Azərbaycan-a daxil olan xəbərdə bildirilir ki, "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi tərəfindən Milli Televiziya və Radio Şurasının müvafiq qərarı ilə yayım lisenziyası almış CBC radio proqramının "Azerspace" peyki üzərindən və Şuşa Radio-Televiziya Yayım Stansiyasından 2 kVt-lıq FM radioverici vasitəsilə stereo rejimində 102.7 MHs tezliyində 07.05.2021-ci il tarixində yerüstü yayımına başlanılıb.

Nəticədə sözügedən radio proqramının Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Goranboy, Göyçay, Qəbələ rayonları, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin edilib.

Eyni zamanda, 30 dekabr 2020-ci il tarixindən Şuşa RTYS-dən 11 TV və 2 FM radio, o cümlədən CBC TV proqramının yayımına başlanılıb.

Həmçinin oxuyun: 

Qarabağda ilk radio kanalı yayıma başlayıb

Xəbər lenti
0