QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda ilk radio kanalı yayıma başlayıb

© pixabay / Joe007Студийный микрофон, фото из архива
Студийный микрофон, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.05.2021
Abunə olmaq
"Dinləyicilər 102.7 MHz-in iş tezliyində təqdim olunacaq 8 xəbər buraxılışını gün ərzində müxtəlif dillərdə eşidə bilərlər".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. Qarabağda ilk regional radio kanalı yayıma başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Facebook" sosial şəbəkəsindəki hesabında CBC telekanalının aparıcısı Elmira Musazadə məlumat yayıb:

"CBC TV Azərbaycan kanalını indi nəinki izləyə bilərsiniz, həm də qulaq asın"! "Qarabağın ilk regional radio kanalı yayımına başladı. Dinləyicilər 102.7 MHz-in iş tezliyində təqdim olunacaq 8 xəbər buraxılışını gün ərzində müxtəlif dillərdə eşidə bilərlər. "CBC FM Azərbaycan", - deyə aparıcı paylaşımında qeyd edib. Qeyd edək ki, E.Musazadə fəaliyyətini CBC TV Azərbaycan kanalının nəzdindəki CBC FM Azərbaycan radiosunda davam etdirir.

Xəbər lenti
0