Paytaxt sakinləri Sputnik Azərbaycan-a müsahibələrində bildiriblər ki, idman zalları açılmalıdır.
Onlar açıq havada idman etməyin sağlamlığa daha xeyirli olmasını bildirsələr də, idman zallarının da mütləq şəkildə açılmasını istəyirlər.
Müsahiblər bildiriblər ki, idman zalları ilə bağlı qərarlar dəyişilməlidir.