Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın "Ağ canavarı": Şuşada DÇ səviyyəsində turnir planlaşdırırıq

© Photo : Facebook / Eduard MammedovАзербайджанский спортсмен Эдуард Мамедов
Азербайджанский спортсмен Эдуард Мамедов - Sputnik Azərbaycan, 1920, 24.04.2021
Abunə olmaq
Azərbaycanın titullu idmançısı ölkənin Kikboks Federasiyasının sədr müavini təyin olunub. Həmçinin milli komandanın baş məşqçisinin köməkçisidir.

BAKI, 24 aprel — Sputnik, Teymur Tuşiyev. Azərbaycanın Kikboks Federasiyası yaxın gələcəkdə Şuşada dünya çempionatı səviyyəsində beynəlxalq turnir keçirməyi planlaşdırır. Bu barədə Sputnik Azərbaycan-a kikboks üzrə 25 qat dünya çempionu Eduard Məmmədov deyib.

Mariya Stadnik: "Belə bir vəziyyətdə Olimpiya çempionu olmamaq daha sərfəlidir">>

Tutullu idmançımız Azərbaycan Milli Kikboks Federasiyası və yığma komandasında yeni vəzifəyə təyinat alıb.

Federasiyasnın məşqçilərinin iclasında Məmmədov təşkilatın fəxri prezidenti, idarə sədri Adil Əliyevin müavini seçilib. Bundan başqa, o, Azərbaycanın kikboks üzrə yığmasının baş məşqçisi Çingiz Eyvazovun köməkçisi təyin edilib.

"Azərbaycan millisində və federasiyada yüksək vəzifə tutmaq mənimçün şərəfdir. Əgər əvvəl özümün "Ağ canavar" klubumda məşqçilik edib dünya və Avropa çempionları yetişdirirdimsə, indi öz təcrübəmi bütün məşqçilər korpusu və idmançılarla bölüşəcəm. Hazırda vəzifəmiz güclü komanda hazırlamaq və az təcrübəli məşqçilərə səviyyələrini yüksəltməyə kömək göstərməkdir. Azərbaycanın əməkdar məşqçisi olmağıma rəğmən, özüm hələ də öyrənirəm", - Məmmədov deyib.

Kikboks Federasiyasının prioritet məsələlərindən biri həmçinin Azərbaycanın bölgələrində, eləcə də erməni işğalından azad edilmiş torpaqlarımızda kikboksun inkişaf etdirilməsidir. 

"Gələcəkdə azad olunmuş torpaqlarımızda dünya çempionatı səviyyəsində möhtəşəm kikboks turniri keçirməyi planlaşdırırıq. Belə bir turnirin hər birimiz üçün xüsusi dəyəri olan Şuşada keçirilməsini çox istəyirik. Bundan sonra ölkə çempionatını Azərbaycanın hər bir bölgəsində keçirmək niyyətimiz var. İşğaldan azad olunmuş torpaqlarda işləmək üçün məşqçilərin hazırlanmasında özüm şəxsən iştirak edəcəm. Əminəm ki, həmin bölgələrimizdə də titullu idmançılarımız yetişəcək", - Məmmədov bildirib.

Забит Самедов. Архивное фото - Sputnik Azərbaycan, 1920, 04.11.2020
MƏDƏNİYYƏT
Azərbaycanlı idmançı "Kuruluş Osman" serialında rol alacaq

Yeri gəlmişkən, kikboks üzrə 25 qat dünya çempionunun tələbələri də İkinci Qarabağ müharibəsində iştirak ediblər. 

"Yaxşı fiziki hazırlıqları sayəsində bizim idmançılarımız Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan torpaqlarının azad edilməsində aktiv iştirak ediblər. Bütün şəhidlərimizin ailələrinə səbr, şəhidlərimizə rəhmət, yaralı qazilərimizə isə tezliklə şəfa tapmalarını diləyirəm. Hər zaman onlara kömək etməyə hazırıq", - kikboksçu deyib.

Kikboks İslam Həmrəyliyi oyunları və 2023-cü il Üçüncü Avropa Oyunlarının proqramına daxil edilib, bu isə yığmamızın yeni məşqçisinin fikrincə, bu idman növünün böyük qələbəsidir. O, həmçinin yaxın illərdə kikboksun Olimpiya Oyunlarının da proqramına daxil olunmasını ümid edir. 

Azərbaycanlı pəhləvan Varşavada erməni güləşçini məğlub edib>>

Yeri gəlmişkən, Azərbaycan bu ilin noyabrı-dekabrına planlaşdırılan kikboks üzrə dünya çempionatına ev sahibliyi etməyə namizəddir. Turnirin keçirilməsi üçün tenderdə Niderland və İtaliya da iştirak edirlər. Eduard Məmmədovun sözlərinə görə, dünya çempionatının təşkilatçısı yaxın günlərdə keçiriləcək seçkidə bəlli olacaq.

Xəbər lenti
0