Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Şimal Donanması NATO Hərbi Dəniz Qüvvələrinə nə ilə cavab verəcək

© Photo : Ministry of Defence (United Kingdom) / Mediabanka keçidБританские ВМС и ВВС сопровождают российские корабли "Адмирал Кузнецов" и "Петр Великий"
Британские ВМС и ВВС сопровождают российские корабли Адмирал Кузнецов и Петр Великий - Sputnik Azərbaycan, 1920, 21.04.2021
Abunə olmaq
"Lada"lar nisbətən kompakt sualtı qayıqlardır, su tutumu təxminən 1800 tondur. Suyun altında sürəti 21 dəniz milinə qədər artır, 250 metr dərinlikdə iş qabiliyyətinə malikdir, heyəti 35 nəfərdən ibarətdir, avtonomluğu 45 gündür.

BAKI, 21 aprel — Sputnik, Nikolay Protopopov. Qeyri-adi konstruksiya həlli, gizlilik, yüksək muxtariyyət və qeyri-standart tapşırıqları icra etmək qabiliyyəti - 2027-ci ilədək Rusiya Hərbi Dəniz Donanmasının Şimal Donanması ən azı dörd ədəd 677 layihəsinə məxsus yeni "Lada"- dizel-elektrik sualtı qayığı ilə gücləndiriləcək. Hazırda bu cür gəmilərə xüsusilə Arktikada böyük ehtiyac var. Bəs ölkənin ən güclü hərbi-dəniz birləşməsinin döyüş tərkibi necə dəyişəcək? Sualın cavabı RİA Novosti-nin növbəti materialında.

Dizel seriyası

677 layihəsinin dördüncü nəsil dizel-elektrik sualtı qayıqları 1990-cı illərin sonlarından etibarən istehsal olunur. Hazırda "Sankt-Peterburq" əsas gəmisi sınaq istismarında, digər iki sualtı qayıq - "Kronştadt" və "Velikie Luki" - inşaatın müxtəlif mərhələlərindədir. 2022-ci ildə daha iki sualtı qayığın inşasına başlanılacaq.

"Lada" bir sıra xüsusiyyətlərinə görə innovativ layihədir. Layihəni işləyib hazırlayan "Rubin" Mərkəzi Konstruksiya Bürosunun mütəxəssisləri Rusiya gəmiqayırması üçün xarakterik olmayan təkgövdəli sxemdən istifadə ediblər. Xüsusi örtük, eləcə də müasir elektron sistemlər və yüksək dərəcədə avtomatlaşdırma sayəsində "Lada" bu sinifdən olan sualtı qayıqlar üçün rekord səviyyədə gizliliyi ilə fərqlənir.

Bundan başqa, gələcəkdə 677-lər anaerobik (havadan asılı olmayan) elektrik stansiyaları ilə təchiz ediləcək ki, nəticədə də onların akkumulyatoru doldurmaq üçün suyun üzünə çıxmasına ehtiyac qalmayacaq.

Военнослужащий войск НАТО во время учений в Латвии - Sputnik Azərbaycan, 1920, 17.04.2021
RUSİYA
NATO-nun əli var: Rusiya sərhədləri yaxınlığında nə baş verir?

"Lada"lar – Rusiya Donanmasının uzunmüddətli layihələrindən biridir. Gəmilərin təhvil tarixi dəfələrlə təxirə salınıb, maliyyələşdirməsi kəsilib, iş dayandırılıb.

Birləşmiş Gəmiqayırma Korporasiyasının rəhbəri Aleksey Raxmanovun sözlərinə görə, problem avadanlıq tədarükçüləri ilə bağlıdır. Bu səbəbdən, Sakit Okean Donanması üçün "Lada"ların yerinə 636.3 adlı başqa bir layihənin altı sualtı gəmisini inşa etmək barədə qərar qəbul olunub.

"Sankt-Peterburq" əsas gəmisi yalnız 2010-cu ildə dənizçilərə təhvil verildi və əslində, bir növ test stendinə çevrildi.

"Lada"lar nisbətən kompakt sualtı qayıqlardır, su tutumu - təxminən 1800 tondur. Suyun altında sürəti 21 dəniz milinə qədər artır, 250 metr dərinlikdə iş qabiliyyətinə malikdir. Heyəti - 35 nəfərdən ibarətdir, avtonomluğu - 45 gündür. Əsas gəmi yalnız torpedalar və minalarla silahlanıb, bu seriyadan olan növbəti gəmilərin gövdəsində "Kalibr" qanadlı raketləri də olacaq.

Əvəzolunmaz "gözəgörünməzlər"

Ekspertlərin fikrincə, Şimal Donanmasının dizelli sualtı qayıqlara böyük ehtiyacı var. Hələlik 877 layihəsinin yalnız bir neçə köhnəlmiş "Paltus" dizel-elektrik sualtı qayığı mövcuddur. Sualtı dəniz qüvvələri əsasən çox məqsədli və strateji nüvə sualtı qayıqları ilə təmsil olunur. Nəticədə onları tez-tez əsas tapşırıqdan yayındırıb taktiki əməliyyatlarda istifadə etməli olurlar.

Donanmanın keçmiş komandiri Admiral Vyaçeslav Popovun sözlərinə görə, bu problem 1990-cı illər böhranının nəticəsidir.

"Şimal donanmasının dizelli sualtı qayıqlara həmişə ehtiyacı olub", – Popov RİA Novosti-yə müsahibəsində belə deyib. Onun sözlərinə görə, hər layihənin öz döyüş təyinatı var və onu 100 faiz dəyişib başqası ilə əvəzləmək mümkün deyil.

Rusiya Müdafiə Naziri Sergey Şoyqu Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında - Sputnik Azərbaycan, 1920, 13.04.2021
RUSİYA
Şoyqu: ABŞ və NATO qoşunlarını Rusiya sərhəddinə yerləşdirir

"Müasir dizel-elektrik sualtı qayıqları ilə nüvə qayıqları arasında əsas fərq demək olar ki, tamamilə səssiz olmalarındadır. Onları aşkarlamaq çox çətindir. Əsas döyüş tapşırığı düşmən sualtı qayıqları ilə mübarizədir", – deyə Popov vurğulayıb.

Admiralın sözlərinə görə, bu cür sualtı qayıqların olmaması başqa vasitələrlə - aviasiya, yerüstü gəmilər, nüvə raket daşıyıcıları ilə kompensasiya olunur. Üstəlik, tez-tez bir və ya iki dizel elektrikli sualtı qayığın öhdəsindən gələ biləcəyi tapşırıqlar üçün böyük gəmilər işdən yayındırılır.

"Şimal Donanmasının dizel-elektrik sualtı qayıqlarından təyyarə daşıyıcılarına qədər hər növ yerüstü və sualtı gəmilərə ehtiyacı var. Mən donanmaya rəhbərlik etdiyim vaxt üç dizel elektrikli sualtı qayıq briqadamız var idi. Tədricən, istismardan çıxarıldılar və onların əvəzinə başqa bir şey göndərmədilər, çünki Qara Dəniz Donanmasının dizel sualtı qayıqlarının sayını artırmağa qərar vermişdilər. Aydın məsələdir ki, siyasi səbəblərə görə...", – deyə Popov qeyd edir.

Təmas nöqtəsi

Soyuq müharibə dövründə Şimal Donanması nüvə təhlükəsizliyinin ən vacib elementi idi – şimal donanmaçıları ən müasir strateji nüvə mühərrikli və zərbə raketli gəmiləri əldə etmişdi.

Bu gün tarix təkrarlanır: Şimal Donanmasına ayrıca hərbi dairə statusu verilib və 2014-cü ildə onun əsasında Birgə Strateji Komandanlıq yaradılıb. Ən qabaqcıl silah və texnika ora göndərilir. Beləliklə, şimal donanmaçıları "Borey" layihəsinin ən son nüvə sualtı qayıqları və çox məqsədli "Yasen" sualtı qayıqlarına yiyələnən ilk dənizçilərdir.

Hazırda "Admiral Naximov" nüvə-raket kreyseri modernləşdirilir, ardınca "Böyük Pyotr" nüvə kreyseri tərsanəyə çıxarılacaq.

NATO-nun baş katibi Yens Stoltenberq - Sputnik Azərbaycan, 1920, 26.05.2024
Stoltenberq Rusiyaya zərbələr barədə söylədiyi sözlərə görə mühakimə edilməlidir

Bütün bunlarla yanaşı, şimal donanmaçılarına "Kalibr" qanadlı raketləri və "Oniks" gəmi əleyhinə raketləri ilə silahlanmış 22350 layihəsinin bir neçə çoxməqsədli freqatı da ayrılıb. Bundan başqa, perspektivli "Zirkon" hipersəsli kompleksi seriyanın əsas gəmisi olan "Admiral Qorşkov" üzərində sınaqdan keçirilir.

Mövcud reallıqda Rusiya şimalda güclü forposta malik olmadan keçinə bilməz. Arktika bölgəsi aparıcı dövlətlərin diqqətini cəlb edir - burada böyük mineral ehtiyatları cəmlənib. Bir çox ölkələr bölgədəki hərbi varlığını gücləndirməyə çalışır. Rusiya və Çini Arktikada əsas rəqibi adlandıran ABŞ isə xüsusilə aktivləşib.

Son illərdə amerikalılar şimala silah yığmağa başlayıblar: Alyaskada radar stansiyaları tikilir, ora onlarla hücum-zərbə qırıcıları yerləşdirilir. Bundan başqa, Pentaqon bölgəyə yeni tipli hərbi hissələr – çoxdomenli qruplaşmalar yerləşdirməyi planlaşdırır.

Hazırda Norveçdə ABŞ-ın strateji təyyarələrinin bazası var və Rusiya sərhədi yaxınlığındakı bir neçə fəaliyyəti dondurulmuş dəniz bazasının yenidən açılması da nəzərdə tutulur.

Xəbər lenti
0