CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadın voleybolçumuz Macarıstan çempionatının gümüş medalçısı olub

© AFP 2024 / ODD ANDERSENИгра в волейбол, фото из архива
Игра в волейбол, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.04.2021
Abunə olmaq
Yekaterina Jidkovanın çıxış etdiyi "Bekeşçaba" klubu koronavirusa yoluxma hallarının artması üzündən Macarıstan çempionatının final seriyasına qatıla bilməyib.

BAKI, 13 aprel — Sputnik, Teymur Tuşiyev. Azərbaycanlı qadın voleybolçu Yekaterina Jidkova Macarıstan çempionatının gümüş medalına layiq görülüb. Sputnik Azərbaycan xəbər verir ki, voleybol üzrə qadın milli komandamızın üzvünün çıxış etdiyi "Bekeşçaba" klubu ilə "Fatuma" klubu arasında final görüşü baş tutmayıb.

Belə ki, final görüşü "Bekeşçaba" klubu üzvləri arasında koronavirusa yoluxma hallarının artması üzündən təxirə salınıb.

Ən yaxşı halda final görüşü şənbə günü, aprelin 17-də baş tuta bilərdi. Belə ki, Avropa Voleybol Konfederasiyasının reqlamentinə əsasən, milli çempionatlar aprelin 18-nə qədər başa çatmalıdır.

Nəticədə, "Bekeşçaba" texniki məğlubiyyətə uğrayaraq milli çempionatda gümüş medallarla kifayətlənməli olub.

Klubun üzvlərindən kimin xəstələnməsi, Jidkovanın da koronavirusa yoluxub-yoluxmaması barədə məlumat hələ ki yoxdur.

Xatırladaq ki, Macarıstan çempionatının yarımfinal oyununda Jidkovanın çıxış etdiyi klub "Kopoşvari" klubuna 3:1 hesabı ilə qalib gəlib.

Xəbər lenti
0