CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Açıq havada maskaya qarşı həştəq yaradıldı - Görün DİN nə deyir

© Sputnik / Murad OrujovБаку за день до ужесточения карантинного режима
Баку за день до ужесточения карантинного режима - Sputnik Azərbaycan, 1920, 10.04.2021
Abunə olmaq
E.Hacıyev bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə açıq və qapalı məkanlarda maskadan istifadə məcburidir.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Son günlər "Facebook" sosial şəbəkəsində açıq havada maska qadağasının ləğv olunması məqsədilə #nefesalaq, #acıqhavadamaskayayox həştəqləri ilə kampaniya başlayıb.

Прохожие в медицинских масках на улице в Баку, фото из архива  - Sputnik Azərbaycan, 1920, 05.04.2021
CƏMİYYƏT
Pandemiyanın uzun müddət davamı 18 ildən sonra problemə səbəb ola bilər - Millət vəkili
  Sputnik Azərbaycan havaların isinməsi ilə əlaqədar açıq havada maskadan istifadəyə hər hansı güzəştin tətbiq edilməsinin mümkünlüyünü araşdırıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, açıq havada maskadan istifadəyə havaların isinməsi ilə əlaqədar heç bir dəyişiklik edilməyib. E.Hacıyev bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə açıq və qapalı məkanlarda maskadan istifadə məcburidir. Bu qaydalara hər bir şəxs əməl etməlidir. Qaydanı pozanlar qanunvericiliyə uyğun şəkildə cərimə olunurlar:

"Nazirlər Kabinetinin müəyyən etdiyi qərarlar qüvvədədir. Havalarla bağlı hər hansı norma müəyyən olunmayıb".

Qeyd edək ki, 2020-ci il noyabrın 21-dən etibarən açıq havada maska taxmayanlar 100 manat cərimə edilirlər. Bu, Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” 451 saylı qərarda nəzərdə tutulub. Qərarın birinci bəndində qeyd edilib ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.

Баку за день до ужесточения карантинного режима - Sputnik Azərbaycan, 1920, 07.04.2021
SƏHİYYƏ
Havalar isindikcə açıq havada maska dözülməz olur...
 Qərarın ikinci bəndində bildirilir ki, bu tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Tibbi maskadan istifadəyə görə məsuliyyət isə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tənzimlənir.

Bu maddəyə görə, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilirlər.

Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilirlər.

Xəbər lenti
0