Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 5 aprel — Sputnik. Azərbaycanda doğulanların sayında azalma olub. Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, 2015-ci ildən sonra ölkədə doğumlaırn sayında müəyyən qədər azalma qeydə alınıb. Belə ki, 2015-ci ildə 166 min 210 doğulmuşdusa, 2016-cı ildə bu rəqəm 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə 138 min 982, 2019-cu ildə isə bir qədər artaraq 141 min 179 olub. Bakı Araşdırmalar İnstitutunun məlumatına görə, 2020-ci ildə yenidoğulanların sayı 126571 nəfər olub ki, bu da daha öncəki illə müqayisədə azdır.
Belə ki, son 30 ilin statistikasına görə hər min nəfərə düşən doğumlaırn sayında 50 faizlık azalma olub. Bu isə son 75 ilin ən aşağı göstəricisidir. Təbii artımda da 75 faizədək azalma olub. Ölümlərdə isə son 30 ildə 24 faizədək artım olub. BAİ-nin məlumatına görə, 2020-ci ildə yenidoğulanların sayı 126571 nəfər olub.
Yeni doğulanların sayının azalmasında toyların qadağan edilməsinin də rolu var.
Millət vəkili Azər Badamov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Doğumların sayının azalması həyəcan təbili çalacaq səviyyəsində deyil. Ümumi artım yüksəlişlə davam edir. 2020-ci ildə 126 min 571 doğum, 75 min 647 ölüm olub, təbii artım isə 50.9 artıb. Yəni, ümumilikdə təbii artımda artım olub. 2020-ci ildə doğum sayının azalması isə dünyada davam edən hadisələrlə əlaqədar olub. Toylara qadağaların qoyulması yeni ailələrin yaranmasında azalmalara səbəb olduğunu düşünürəm. Bu səbəbdən də doğumlarda azalmalar olub. Bu da müvəqqəti davam edən bir hadır. Düşünürəm ki, pandemiya bitdikcə yenidən toyların keçirilməsi gündəmə gələcək, cütlüklər ailə quracaqlar ki, bu da doğumların say artımında özünü göstərəcək".
"Düşünmürəm ki, 18 il osnra hərbi xidmətə getməklə bağlı bir çətinlik olacaq. Çünki Azərbaycanın əsgərliyə gedtməyə kifayət edəcək gənc potensialı mövcuddur. İllik doğum sayında müvqəttəi azlama əsgərliyə gedəcək şəxslərin sayında azalmanın olması ilə əsgərliyə gedənlərin sayında azalmanı olacağını düşünmürəm. Lakin pandemiya uzunmüddətli olsa,bu zaman təbii ki, təsiri ola bilər. Yəni, uzunmüddətli pandemiyanın olması, toyların keçirilməməsi buna təsir edə bilər. Lakin düşünürəm ki, pandemiya uzunmüddətli olmayacaq. Əhalinin kütləvi şəkildə vaksinasiyası həyata keçirilir, yay aylarından sonra isə məhdud sayda toyların da keçirilməsinə icazə veriləcək", - deyə millət vəkili əlavə edib.
Millət vəkili qısa müddətdə toyların keçirilməsinin bərpa olunmasının tərəfdarıdır: "İnsanlar ümumiyyətlə müəyyən sayda restoranlarda oturur, yemək yeyirlər. Toylara da məhdud çərçivədə icazələr vermək olar".
Sosioloq Əhməd Qəşəmoğlu Sputnik Azərbaycan-a açıqlamasında ölkədəki doğumların sayının azalmasındakı digər səbəblərdən danışıb: "Dünyada da çalışırlar ki, əhalinin artım tempi aşağı düşsün. Çünki yer üzündəki resursların artacaq əhalini təminetmə imkanı yoxdur. BMT və digər təşkilatlar çalışırlar ki, hər yanda əhali artımında müəyyən səngimə olsun. Yəni, Azərbaycanda əhali artımının azalmasına təsir edən faktorlardan biri budursa, digəri də əhalinin daha çox təhsilə yönəlməsidir. Yəni, daha çox təhsil aldıqca, daha çox şəhər həyatlna öyrəşdikcə doğum azalır. 50 il əvvəl Azərbaycanda hər ay qəhrəman analar olurdu. İndi isə şəhər mühitinə yaxınlaşan əhali özü şüurlu şəkildə doğumun sayını azaldır. Bunna başqa, sosial, iqtisadi vəziyyət də buna təsir edən amillərdəndir".
"Biz bu vəziyyətə müşahidəçi qismində yanaşmamalıyıq. Uzun illərdir ki, Azərbaycana 3 uşaqlı ailə modelinin vacibliyini təbliğ etməyə çalışıram. 3 uşalqı ailə modeli olduqda, əhali artımı bir o qədər çox olmasa da, müsbət əmsalla davam edir. Çalışmalıyıq ki, 3 uşaqlı ailələrin olması üçün hər bir şərait yaradılsın. Qanunvericilikdə də müəyyən qədər dəyişikliklər olmalıdır", - deyə ekspert əlavə edib.