CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bu aydan ilin sonunadək" - Yol polisindən sürücülərə xəbərdarlıq

© Sputnik / Irade JELILАвтомобиль дорожной полиции, фото из архива
Автомобиль дорожной полиции, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.04.2021
Abunə olmaq
"Zənn edirik ki, keçirilən bu tədbirlər yol qəzalarının sayının azaldılmasında əhəmiyyətli rol oynayacaq".

BAKI, 10 aprel — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Sputnik Azərbaycan-a daxil olan müraciətdə deyilir: "Daxili işlər orqanları tərəfindən cəmiyyətdə geniş yayılan və insanlarda narazılıq doğuran hüquqpozmaların qarşısının alınması, eləcə də hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına riayət etmələri barədə maarifləndirilməsi məqsədilə nəzarət-profilaktiki reydlərin təşkili nəzərdə tutulub.

Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.04.2021
Azərbaycanda üç ay ərzində baş verən qəzalarda 125 nəfər ölüb

Bu ilin aprel ayından başlayaraq ilin sonunadək ölkə ərazisində mütəmadi olaraq həyata keçirilməsi planlaşdırılan reydlər əsasən sürücülər tərəfindən dayanma-durma və parklanma, təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, sürücülər tərəfindən piyadalara yol verilməməsi, habelə piyadalar, motosiklet, moped və velosiped sürücüləri tərəfindən qaydalara əməl edilməməsi, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan və yaxud sərxoş vəziyyətdə idarə olunması, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının və uşaq travmatizminin qarşısının alınması tədbirlərini, həmçinin də xüsusi karantin rejimi müddətinin sonunadək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin, o cümlədən fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına qarşı tədbirləri əhatə edəcək.

DİN-in Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarına müraciət edərək onları yol hərəkəti qaydalarına əməl etməyə, bu sahədə hüquqpozmaların qarşısının alınması ilə yanaşı, vətəndaş məmnunluğunun, ictimai maraqların təmin edilməsi, eləcə də kütləvi informasiya vasitələrinin iştirakı ilə yol hərəkəti mədəniyyətinin təbliği və maarifləndirmə işinə töhfə verəcək preventiv tədbirlərdə aktiv iştirakçılığa dəvət edir.

Zənn edirik ki, keçirilən bu tədbirlər yol qəzalarının sayının azaldılmasında əhəmiyyətli rol oynayacaq".

Xəbər lenti
0