CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xanım şahmatçımızı yarışlara dünya çempionu hazırlayacaq

© Photo : AZƏRTACАзербайджанская шахматистка Гюнай Мамедзаде, фото из архива
Азербайджанская шахматистка Гюнай Мамедзаде, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.04.2021
Abunə olmaq
Azərbaycanın ən güclü şahmatçılarından olan Günay Məmmədzadə mükafat fondu 100 min dollar olan onlayn yarışlar seriyasında gücünü sınayacaq.

BAKI, 8 aprel — Sputnik, Teymur Tuşiyev. Azərbaycanın aparıcı qadın şahmatçısı Günay Məmmədzadə sürətli şahmat üzrə "Challengers Chess Tour" onlayn yarışlar seriyasında hazırkı dünya çempionu Tszüy Ventszünün rəhbərliyi altında çıxış edəcək. Sputnik Azərbaycan xəbər verir ki, ümumilikdə yarışlara dünyanın müxtəlif ölkələrindən 20 gənc və perspektivli şahmatçı cəlb olunacaq.

İştirakçılar iki komandaya bölünüblər. Qruplardan birinə qadın şahmatı tarixində ən güclü qrossmeysterlərdən sayılan Yudit Polqar başçılıq edəcək. Digər komanda isə şahmat üzrə 14-cü dünya çempionu Vladimir Kramnikin rəhbərliyi altında çıxış edəcək. Həmyerlimiz Günay Məmmədzadə Yudit Polqarın komandasında yer alıb.

Шахматы, фото из архива  - Sputnik Azərbaycan, 1920, 14.03.2021
İDMAN
Teymurla Şəhriyara uduzan Aronyanın etirafları: "Çağırırlar, sonra özləri gəlmirlər"

Hər bir komandaya bütün turnir boyu şahmatçıları məşq etdirəcək üç mütəxəssis təhkim olunub. Polqarın komandasındakı idmançıları hazırkı dünya çempionu Tszüy Vetszün (Çin), Suriya Qanquli (Hindistan) və Artur Koqan (İsrail) məşq etdirəcəklər. Kramnikin komandasına isə dünya qadın şahmatı reytinqinin lideri Hou İfan (Çin), Boris Gelfand (İsrail) və Anna Muzıçuk (Ukrayna) kömək edəcək.

Yarışın ilk turu (Polgar Challenge) aprelin 8-də keçiriləcək. Bu seriyada növbəti qarşılaşmalar 10-13 iyun (Gelfand Challenge), 15-18 iyul (Hou Yifan Challenge) tarixlərində keçiriləcək. Hər bir turnirin mükafat fondu 15 min dollardır. Sonda seriyanın mükafat fondu 40 min dollar olan final turnirinin də keçirilməsi nəzərdə tutulur. Lakin bu yarışın tarixi hələ ki, bəlli deyil.

Qeyd edək ki, Günay Məmmədzadə azərbaycanlı qadın şahmatçılar arasında ən yüksək reytinqə malikdir. Həmyerlimiz 2443 xalla dünyada 28-ci yerdədir.

Xəbər lenti
0