ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edir: Rusiyaya görə

© © Photo by Handout / TURKISH DEFENCE MINISTRY / AFPS-400 zenit raket komplekslərinin Türkiyəyə tədarükü, arxiv şəkli
S-400 zenit raket komplekslərinin Türkiyəyə tədarükü, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.04.2021
Abunə olmaq
Qadağalar "Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə əks-təsir" qanununa müvafiq olaraq tətbiq olunur.

BAKI, 6 aprel  Sputnik. ABŞ Rusiyanın müdafiə sektoru ilə əməkdaşlıq etdiyinə görə, Türkiyənin bir dövlət orqanının dörd məmuruna qarşı sanksiya tətbiq edir. 

Sputnik Azərbaycan-ın  məlumatına görə, bu barədə ABŞ hökumətinin rəsmi nəşri - Federal registrin bildirişində deyilir. Bildiriş rəsmən aprelin 7-də dərc olunaraq qüvvəyə minəcək.

Флаг Турции, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.04.2021
Türkiyədə böhran böyüyür: Admirallardan sonra sabiq millət vəkilləri, daha əvvəl isə...

Sanksiya Müdafiə Sənayesi üzrə Nazirliyə (MSN - SSB (Savunma Sanayii Başkanlığı), eləcə də orada çalışan dörd məmura, o cümlədən qurumun rəhbəri İsmayıl Dəmirə qarşı tətbiq olunacaq. 

Qadağalar "Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə əks-təsir" qanununa müvafiq olaraq tətbiq olunur. Bildirişin mətnində ABŞ-ın tədarükünə görə Türkiyəni cərimələrlə hədələdiyi Rusiya istehsalı olan S-400 ZRK-larının adı çəkilmir.

Sanksiyalara görə, MSN 10 milyon dollardan çox kreditdən və Amerikaya məhsulların ixracından məhrum edilir. Dörd türk məmur ABŞ ərazisinə daxil ola bilməz, əgər Amerika yurisdiksiyasında onların aktivləri tapılarsa, dondurulacaq, amerikalılara isə onlarla hansısa tranzaksiya yerinə yetirmək qadağan olunacaq.

Xəbər lenti
0