CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Barselona"da ömürlük qalmaq üçün Messinin şərti

© REUTERS / Albert GeaИгрок ФК "Барселона" Лионель Месси во время празднования гола
Игрок ФК Барселона Лионель Месси во время празднования гола  - Sputnik Azərbaycan, 1920, 04.04.2021
Xəbərlərə abunə olun
НовостиTelegram
2020-ci ilin yayında Lionel Messi Kataloniya klubunu tərk etmək niyyətindəydi. Ancaq "Barsa" rəhbərliyi onu fikrindən daşındıra bildi.

BAKI, 4 aprel - Sputnik. İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi klubda ömürlük qalmaq üçün şərtini açıqlayıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə AS yazır.

Futbolçu katalonların rəhbərliyi ilə danışıqlar aparmaq niyyətindədir və klubun yeni prezidenti Joan Laporta ilə görüşməyə hazırlaşır. Messi klub rəhbərindən "Barselona"nın Çempionlar Liqasında qələbə qazanması üçün dəqiq idman layihəsini tələb edəcək.

Qeyd olunur ki, argentinalı mövsümün sonunda qərarını açıqlayacq.

Martın 18-də məlumat yayıldı ki, Laporta Messiyə ömürlük müqavilə təklif etmək istəyir. Müqavilə forvardın karyerasını bitirməsindən sonra əməkdaşlığı nəzərdə tutmalıdır. 

2020-ci ilin yayında Lionel Messi Kataloniya klubunu tərk etmək niyyətindəydi. Ancaq "Barsa" rəhbərliyi onu fikrindən daşındıra bildi. Hazırkı müqavilənin müddəti 2021-ci ilin yayında bitir, onun dəyəri 556 milyon avrodur.

Xəbər lenti
0