CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Pulu yoxdursa, torpaq" variantı - Ermənistan kompensasiya ödəməkdən yayına bilməz

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidDağıdılmış Ağdam şəhərinə mənzərə
Dağıdılmış Ağdam şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 30.03.2021
Abunə olmaq
BMT tərəfindən qəbul edilmiş 2001-ci il 12 dekabr tarixli qətnamə təcavüz və işğal faktı ilə üzləşmiş ölkənin xeyrinə kompensasiya ödənilməsini özündə ehtiva edir.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 30 mart — Sputnik. “Ermənistanın təcavüzkar və işğalçı siyasəti Azərbaycanın sosial-iqtisadi həyatına külli miqdarda ziyan vurulub. Bu işğal nəticəsində Azərbaycanda humanitar böhran yaranmışdı”. Bunu Sputnik Azərbaycan-a Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana vurulmuş ziyanın qarşılanma mexanizmlərini şərh edərkən politoloq Elşən Manafov deyib.

Azıx mağarasında  - Sputnik Azərbaycan, 1920, 29.03.2021
QARABAĞ
Ermənilər qədim yaşayış məskənimizdən oğurluq ediblər

Politoloq bildirir ki, işğal nəticəsində dağıntılar törədilməklə yanaşı, bölgənin flora və faunası məhv edilib: “Bu gün Azərbaycana vurulan ziyan milyardlarla ölçülür. İşğal və təcavüz nəticəsində Azərbaycana vurulmuş ziyanın ödənilməsi, təbii ki, beynəlxalq hüquq normaları əsasında həllini tapmalıdır. Azərbaycan Haaqa Protokoluna qoşulan ölkələrdən biridir. Bu protokollar işğalçı tərəfi vurduğu ziyanlara görə təzminata məsul edir. Beynəlxalq hüququn qüvvədə olan normativ aktları əsasında təzminatın ödənilməsi bir neçə formada həyata keçirilə bilər. Bu, əsasən kompensasiya yolu ilə həyata keçirilir, ancaq digər yollar da mövcuddur.

Mütəxəssislərin araşdırmaları göstərir ki, işğal dövründə Azərbaycana dəymiş ziyanın həcmi 285 milyard dollardan çoxdur. Amma bütövlükdə işğal nəticəsində sərvətlərin talan edilməsi, Azərbaycan vətəndaşlarının yurd-yuvalarından köçkün düşməsi nəticəsində dəyən ziyanın həcmi bu məbləğdən bir neçə dəfə yüksəkdir. Beynəlxalq hüququn normalarına istinad etsək, Ermənistan bu ziyanı qarşılamağa məcburdur”.

Politoloq deyir ki, BMT tərəfindən qəbul edilmiş 2001-ci il 12 dekabr tarixli qətnamə təcavüz və işğal faktı ilə üzləşmiş ölkənin xeyrinə kompensasiya ödənilməsini özündə ehtiva edir: “Bu o deməkdir ki, Azərbaycan suveren ölkə kimi Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edə bilər. Eyni zamanda bu, Ermənistanla aparılan danışıqlar prosesinin növbəti raundunda müzakirə obyekti olmalıdır. Bu ölkə vurduğu ziyana görə öhdəliklər götürməlidir. Biz görürük ki, müharibədən ağır məğlubiyyətlə çıxmaq, eyni zamanda Ermənistan daxilindəki ağır sosial iqtisadi vəziyyət bu təzminatın birdəfəlik ödənilməsini mümkünsüz edir. Buna görə də Azərbaycan humanizm prinsiplərindən çıxış edərək, təzminatın ödənmə vaxtı ilə bağlı danışıqlara gedə bilər”.

Армянские военнослужащие, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.03.2021
Ermənistanda əsgər valideynləri övladlarının Qarabağdan çıxarılmasını tələb edir

“Beynəlxalq hüquq normalarında Ermənistanın kompensasiya ödəməli olduğu açıq şəkildə təsbit edilib. Buna görə də Ermənistan öhdəlikləri yerinə yetirəcəyi ilə bağlı imza atmalıdır. Əks təqdirdə digər mexanizmlər işə salına bilər. Misal olaraq deyim ki, Ermənistan kompensasiya ödəmək iqtidarında deyilsə, müəyyən ərazilərin Azərbaycana verilməsi məsələsi ətrafında danışıqlar gedə bilər. Təbii ki, bu danışıqlar beynəlxalq hüquqa istinadən aparılmalıdır. Azərbaycan adekvat addımlar atmaq hüququna sahibdir”, – deyə E.Manafov bildirib.

Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov mətbuata açıqlamasında Azərbaycana vurulmuş ziyanın ödənilməsi ilə bağlı BMT çərçivəsində müəyyən hüquqi səlahiyyətlərin olduğunu və bununla bağlı müraciətlər ediləcəyini bildirib.

Xəbər lenti
0