BAKI, 19 mart — Sputnik. Yerevanda Qarabağda hərbi xidməti davam etdirən əsgərlərin valideynləri hökumət binasının qarşısında aksiya keçirib. Sputnik Ermənistan xəbər verir ki, onlar Ermənistan hökumətindən övladlarının müddətdən tez hərbi xidmətlərini baş vurmaları üçün mümkün olan hər şeyi etmələrini tələb edirlər.
Ermənistanın Baş naziri artıq aksiya iştirakçılarından ikisini qəbul edib.
"Biz öz tələblərimizi hələ ötən ilin noyabrında təqdim etmişik. Lakin məsələ hələ də öz həllini tapmayıb. Bizim övladlarımızın bu yaxınlarda müharibənin baş verdiyi yerdə xidmət aparması ən azından ədalətsizlikdir", - deyə aksiya iştirakçısı Tereza Qriqoryan bildirib.
Aksiyada həmçinin Qarabağda müharibə zamanı itkin düşən hərbçilərin valideynləri də iştirak edir. Onlar övladlarının tapılması istiqamətində Ermənistan hökumətindən konkret addımlar atmağı tələb edirlər.