CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Canni de Byazi: Məqsədimiz rəqibdən qorxmadığımızı göstərmək idi

© REUTERS / MASSIMO PINCAГлавный тренер сборной Азербайджана по футболу Джанни Де Бьязи
Главный тренер сборной Азербайджана по футболу Джанни Де Бьязи - Sputnik Azərbaycan, 1920, 25.03.2021
Abunə olmaq
Azərbaycan millisinin baş məşqçisi: "Əsas məqsədimiz intizamlı futbol oynamaq və rəqibdən qorxmadığımızı göstərmək idi. Məncə, hər iki vəzifənin öhdəsindən gəldik".

BAKI, 25 mart - Sputnik. "Oyundan 50 faiz razı qaldım. İlk hissədə topa yiyələnə bilmədik, daha çox müdafiə olunmağa çalışırdıq".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis qeyd edib ki, oyunda əsas məqsəd rəqibdən qorxmadığını göstərmək olub: 

"Fasilədən sonra oyunumuzu xeyli yaxşılaşdırdıq. Düşünürəm ki, ikinci hissədə məzmunlu futbol oynamağa çalışdıq. Texniki cəhətdən bizdən çox güclü olan komanda ilə oynayırdıq. Əsas məqsədimiz intizamlı futbol oynamaq və rəqibdən qorxmadığımızı göstərmək idi. Məncə, hər iki vəzifənin öhdəsindən gəldik".

De Byazi seçmə mərhələdə qarşıya konkret hədəf qoymadıqlarını söyləyib: "Seçmə mərhələdəki konkret hədəfimiz haqqında indidən danışmaq çətindir. Oyundan-oyuna inkişaf etməliyik. Həyatda hər şeyə inanmaq lazımdır. Növbəti oyunda evdə Serbiya ilə qarşılaşacağıq. Həmin matçda və qrupda keçirəcəyimiz digər matçlarda daha yaxşı nəticə əldə etməyə çalışacağıq".

Turindəki “Yuventus” stadionunda baş tutan görüşdə yığmamız portuqallara 0:1 hesabı ilə məğlub olub.

Xatırladaq ki, yığma komandamız seçmə mərhələnin "A" qrupunda Portuqaliya millisi ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Millimiz növbəti oyununu martın 30-da Bakıda Serbiya seçməsinə qarşı keçirəcək.

 

Xəbər lenti
0