BAKI, 18 mart — Sputnik. Amerikalı boksçu, keçmiş dünya çempionu Mayk Tayson növbəti dəfə nə vaxt rinqə çıxacağı vaxtı açıqlayıb. Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı idmançı cari ilin may ayının 29-u və 31-də döyüşəcəyini deyib. Lakin Tayson rəqibinin məhz kim olacağını bildirməyib.
Xatırladaq ki, digər amerikalı peşəkar boksçu Evander Holifildin agentləri cari ilin yanvarın 10-da Mayk Taysona qarşı döyüşü barədə danışıqlar aparırlar. O həmçinin gərgin məşq etdiyini və keçmiş rəqibi ilə mümkün döyüşə hazırlaşdığını vurğulayıb.
Qeyd edək ki, 2020-ci ilin noyabrın 29-da Tayson 15 illik fasilədən sonra rinqə çıxaraq bala Roy Consona qarşı döyüş keçirib. Heç-heçə nəticələnən qarşılaşmadan sonra Tayson yenidən döyüşməyə hazır olduğunu təsdiqləyib.
Xatırladaq ki, əfsanəvi boksçu Mayk Tayson 2005-ci ildən bəri döyüş keçirmirdi. İdmançı karyerası ərzində keçirdiyi 58 döyüşün 50-sində qələbə qazanıb.