Ümidimiz ailə həkimlərinə qalıb, onların da sayı azdır

Həkim. Stetoskop - Sputnik Azərbaycan, 1920, 16.03.2021
Abunə olmaq
"Ailə həkimləri təkminləşdirmə keçməlidirlər ki, xəstəni daha yaxşı müayinə edib yönəldə bilsinlər".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. Azərbaycanda aprel ayından icbari tibbi sığortanın tətbiqi ailə həkimi mövzusunu gündəmə gətirib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov isə mətbuata müsahibəsində bildirib ki, hazırda Azərbaycanda ailə həkimi kimi fəaliyyət göstərə biləcək həkimlərin sayı azdır. Onun sözlərinə görə, əsas hədəflərdən biri ailə institutunun tam tərkibdə fəaliyyətə başlamasıdır:

"İlkin mərhələdə Mingəçevir, Yevlax və Ağdaşda bu layihə həyata keçirilməyə başlanılıb. Orada Agentliyin tabeliyində olan müəssisələrdə ailə sağlamlıq mərkəzləri yaradılıb. Bu, əvvəllər sahə üzrə fəaliyyət göstərən sahə terapevtləri, sahə pediatrları və qadın məshələtxanalarında fəaliyyət göstərən ginekoloqları özündə cəmləşdirdi. Əsas məqsəd odur ki, ailə sağlamlıq mərkəzləri, ailə həkimi institutu tam olaraq formalaşsın. Ölkənin gələcək tələbatını nəzərə alaraq, Səhiyyə Nazirliyi ilə əməkdaşlıq şəraitində Azərbaycan Tibb Universitetində (ATU) ailə həkimin hazırlanması ilə bağlı fəaliyyətə başlanılıb. Həkimlərimiz artıq ailə həkimi olaraq da yetişməyə başlayırlar. Gələcək dövrdə ailə həkimi institutu tam formalaşacaq".
© Sputnik / Murad Orujovİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov
Ümidimiz ailə həkimlərinə qalıb, onların da sayı azdır - Sputnik Azərbaycan, 1920, 16.03.2021
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov

V.Qurbanov qeyd edib ki, ailə sağlamlıq mərkəzlərinin məqsədi xəstəxanaların üzərinə düşən yükü azaltmaqdır.

Bəs görəsən ailə həkimi hansı tibbi biliyə malik olmalıdır və ailə həkimi azlığı icbari tibbi sığortanın tətbiqinə necə təsir göstərəcək?

Professor Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, indiyədək Azərbaycanda ailə həkimi ixtisası üzrə kadr hazırlanmayıb. Hazırda ailə həkimi funksiyasını həyata keçirənlər sahə həkimləridir:

"Ailə həkimi qərb standartlarında var. Onları ailələri himayə edir, ailədə irsi xəstəlikləri qeydə alırlar. Onlar rezidentura keçmirlər. Xəstəyə müalicə yazmırlar, ilk yardımları göstərib xəstələri yönəldirlər. Azərbaycanda sahə həkimi özünü doğrultmur. Çünki indiyədək bizdə ailə həkimi standartlarında mütəxəssis hazırlığı aparılmayıb".

A. Qeybulla icbari tibbi sığortanın tətbiqi ilə ailə həkimi üzrə kadr hazırlığının vacib olduğunu söyləyir.

Azərbaycan Tibb Universitetinin (ATU) Ailə təbabəti kafedrasının müdiri Mustafa Salihov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əslində 2002-ci ildən Azərbaycanda bu sahə üzrə kadr hazırlanır: "2002-ci ildə ATU-da poliklinik terapiya kafedrasının bazasında ailə təbabəti kafedrası yaradılıbdır. Müalicə fakultəsində ailə həkimləri dərsləri keçirilir. Məzunların diplomlarında da ailə həkimi olduğu yazılır".

Мужчина в противочумном костюме, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.01.2021
YAZARLAR
Sıramızdan "zəif bənd"ləri aparan pandemiya nə vaxt çəkilib gedəcək?

Bununla belə kafedra müdiri hesab edir ki, ailə həkimləri daha dərin biliklərə yiyələnmək üçün rezidentura keçməlidir: "Çox təəssüf ki, bizim kafedraya hələki rezident hüququ verilməyib. Ona görə də, ailə həkimləri təkminləşdirmə keçməlidirlər ki, xəstəni daha yaxşı müayinə edib yönəldə bilsinlər. Ailə həkimi bütün ailəyə xidmət etməlidir. Gələcəkdə bütün polikilinikalarda dar ixtisaslı həkim ştatları ləğv olunacaq. Mən illər öncədən demişəm ki, Azərbaycanın gələcəyi ailə təbabətindədir. Ailə həkimi o demək deyil ki, hər şeyi dərin bilməlidir. Biz dar ixtisaslı həkimləri də yox etmirik. Hansısa məsələdə ailə həkimi çətinlik çəkirsə ixtisaslı həkimə zəng edib ondan kömək istəməklə dəqiq diaqnoz qoyur. Bizim keçmiş alimlərimiz deməzdi ki "mən kardeoloq", yaxud da "uroloqam". Onlar hamısı deyirdilər ki, "biz can həkimiyik". İcbari tibbi sığorta qaydalarına görə ailə həkiminin icazəsi olmadan sığortaolunanı müalicəyə göndərməyə heç kəsin icazəsi yoxdur. Ona görə də ailə həkimi savadlı olmalıdır. Bunun üçün bizim kadefraya rezident verilməlidir".

Müsahibimiz bildirir ki, səhiyyədə ailə həkimi institutunun rolunun gücləndirilməsinə ehtiyac var:

"Hər bir ailənin öz etibarlı həkimi olmalıdır. Ailə arasında olan bütün genetik xəstəlikləri, allergiya, pis vərdişləri biləndən sonra həkimlərin müayinə və müalicə işi rahatlaşacaq, xəstəliklərin isə miqdarı azalacaq. Ailə həkimini ailə özü seçməlidir. Ailə ona hansı həkimin xidmət göstərəcəyini bilməlidir. Həkim ailəyə o qədər yaxın olmalıdır ki, soyuducunu da açıb, ailənin sağlam qidalanıb-qidalanmadığını yoxlasın. Elə ailə həkiminin üstünlüyü ailənin sağlamlığı ilə bağlı bütün məlumatları, hətta sirləri bilməsindədir. Ailə həkiminin hər xəstəliyin müalicəsini bilməsi də qeyri-mümkündür. Ancaq o, xəstəni ilk müayinə vaxtı problemin nə olduğunu təxmin etməli və lazım gəldikdə digər mütəxəssislərlə də məsləhətləşməlidir".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə bildirdilər ki, ailə həkimi ailə üzvlərini müayinə və müalicə edir, sağlam həyat tərzi haqqında məsləhətlər verir, həmçinin xəstəliklərin profilaktikası ilə məşğul olur: "Ailə həkimləri sanitar-gigiyenik maarifləndirməni həyata keçirir. Tibbi göstəriş olduğu halda xəstəni göndəriş vərəqəsi ilə ixtisaslı həkim müayinəsinə göndərir. Ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) sığortaolunanlara ilkin səhiyyə xidmətləri göstərən həkimdir".

Вакцина от коронавируса Pfizer-BioNTech, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.03.2021
SƏHİYYƏ
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ÜST-ə etirazını bildirdi

Agentlikdən bildirilir ki, sığortaolunan ailə həkimini seçmək və məhdudiyyət qoyulmadan dəyişməkdə sərbəstdir. O ki, qaldı ailə həkiminə müraciət etmək formasına, sığortaolunan yaşadığı ərazi üzrə ən yaxın olan ilkin səhiyyə xidmətini göstərən dövlət tibb müəssisəsinə (poliklinika, Ailə Sağlamlıq Mərkəzi,kənd həkim məntəqəsi) müraciət etməlidir. Ərizə dolduraraq ailə həkimini seçməlidir. Qeydiyyatçıya ərizə ilə yanaşı, şəxsiyyət vəsiqəsini və yaşadığı ünvan üzrə qeydiyyata dair sənədi də təqdim etməlidir. Ailə həkimini seçərək sığortaolunan tibb müəssisəsinə təhkim olunur. Sığortaolunan ailə həkimini seçmədiyi halda "Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası" əsasında ailə həkiminə təhkim olunacaq. 18 yaşına çatmayan sığortaolunanların tibb müəssisəsinə təhkim olunması üçün ərizə onların qanuni nümayəndələri (valideynlər, övladlığa və himayəyə götürənlər, qəyyumlar) tərəfindən verilir.

Sığortaolunan yaşadığı ərazini dəyişdikdə, yeni ərazidəki tibb müəssisəsinə yuxarıda göstərilən vaxt məhdudiyyəti nəzərə alınmadan qeydiyyata alınmaq üçün müraciət etməlidir. Sığortaolunan eyni zamanda iki və ya daha çox tibb müəssisəsinə qeydiyyat üçün müraciət edə bilməz. Sığortaolunan qeydiyyata alındığı tibb müəssisəsini öz arzusu ilə qeydiyyata alındığı gündən etibarən azı 1 təqvim ili keçdikdən sonra dəyişə bilər.

Ailə həkiminə hansı halda müraciət etməyə gəlincə, Agentlikdən bildirildi ki, təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, sığortaolunan səhhətində yarandığı narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə həkimi sığortaolunanı müayinə və müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Ailə həkiminin göndərişi əsasında tibb müəssisəsinə müraciət edən sığortaolunan Xidmətlər Zərfi çərçivəsində nəzərdə tutulan qaydalara uyğun olaraq tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilər.

Xəbər lenti
0