Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Milli Məclis Hesablama Palatası sədrinə kimi müavin təyin etməyi düşünür

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidПорфель чиновника, фото из архива
Порфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.03.2021
Abunə olmaq
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikası Hesablama Palatasının auditorlarının təyin edilməsi haqqında" məsələyə baxılıb

BAKI, 15 mart — Sputnik. Martın 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikası Hesablama Palatasının auditorlarının təyin edilməsi haqqında" məsələyə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, iclasda komitənin sədri Tahir Mirkişili bildirib ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın təqdimatı ilə Milli Məclisin Daxili Nizamnaməsinin 44-cü maddəsinin dördüncü hissəsinə, "Hesablama Palatası haqqında" qanunun 11.3-cü maddəsinə və "Milli Məclisin komitələri haqqında" qanunun 12-ci maddəsinin ikinci hissəsinə əsasən, Nəsir Sadıqovun Hesablama Palatası sədrinin müavini vəzifəsinə, Cavid Bayramovun, Hilal Hüseynovun və Vəfa Mütəllimovanın isə Hesablama Palatasının auditorları vəzifələrinə namizədlikləri irəli sürülüb.

Millət vəkili Azay Quliyev Bakıda Sürətli Əlaqələndirmə və Layihələri İdaretmə Sisteminin təqdimatında - Sputnik Azərbaycan, 1920, 01.03.2021
Azay Quliyev Şuradakı yoxlamaları şərh etdi: Nöqsansız qurum yoxdur

Qeyd olunub ki, hazırda bu qurumun auditoru vəzifəsinə olan vakant yerlərə təqdim edilmiş namizədlər "Hesablama Palatası haqqında" qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş palatanın üzvlərinə dair tələblərə cavab verirlər, peşəkarlıq səviyyələri yüksəkdir. Tahir Mirkişili vurğulayıb ki, ali audit orqanı olan Hesablama Palatasının dövlət büdcəsinin icrası ilə bağlı həyata keçirdiyi fəaliyyət Milli Məclis deputatlarına təqdim olunan təhlil materiallarının əhatəli olmasında və yüksək keyfiyyətdə hazırlanmasında özünü aydın göstərir. Bu prosesin ildən-ilə təkmilləşməsində adı çəkilən namizədlərin özünəməxsus əməyi var.

Sonra komitədə yeni vəzifələrə təqdim olunmuş namizədlərin çıxışları dinlənilib. Namizədlər göstərilən etimadı doğrultmaq üçün bütün imkanlarını səfərbər edəcəklərini bildiriblər.

İclasda çıxış edən komitə sədrinin müavini Əli Məsimli, deputatlar Ziyad Səmədzadə, Vahid Əhmədov, Vüqar Bayramov Mahir Abbaszadə Hesablama Palatasının sədr müavini və auditorları vəzifələrinə irəli sürülmüş namizədlərə müsbət münasibət bildiriblər, onlara təmsil etdikləri qurumun işlərini yeni dövrün çağırışlarına uyğun qurmaqda uğurlar arzulayıblar, təklif və tövsiyələrini diqqətə çatdırıblar.

Fikir mübadiləsinin yekununda komitənin rəyini bildirən Tahir Mirkişili qeyd edib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi namizədliyi irəli sürülmüş bu şəxslərin həmin vəzifələrə təyin olunmasını məqsədəuyğun hesab edir.

Sonda məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti
0