CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni iddia və hədə: "Qarabağ silahlı qüvvələrini saxlayacaq"

© Sputnik / Mediabanka keçidВид на город Ханкенди, фото из архива
Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Abunə olmaq
Hələ yanvar ayında ermənilər Qarabağda ordu məsələsini müzakirə edirdilər. O vaxt Balasanyan demişdi ki, hökumət müqavilə əsasında peşəkar hərbi bölmələr yaratmaq məsələsini fikirləşir.

BAKI, 12 mart — Sputnik. Qarabağ separatçılarının Azərbaycan torpaqlarına iddiaları 44 günlük müharibədən sonra da səngimək bilmir. Sputnik Azərbaycan-ın məlumatına görə, separatçıların "təhlükəsizlik şurasının katibi" Vitali Balasanyan bəyan edib ki, "Dağlıq Qarabağ özünün silahlı qüvvələrini saxlayacaq". 

Erməni əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.03.2021
SİYASƏT
Ceyhun Bayramov: "Ermənistan Azərbaycan ərazilərinə hərbçi göndərməyə cəhd göstərir"

"Qoy heç kim fikirləşməsin ki, Qarabağın Silahlı Qüvvələri olmayacaq. Qarabağın Silahlı Qüvvələri vardı və bundan sonra da olacaq, daha çevik və daha döyüşqabiliyyətli", - Balasanyan deyib. 

Ermənistandakı daxili-siyasi məsələlər barədə şərh verərkən Balasanyan təmsil etdiyi "qurumun" öz imkanları çərçivəsində mövcud problemlərin güc yolu ilə həll edilməsinə imkan verməyəcəyini söyləyib. 

Üstəlik belə bir iddia da səsləndirib ki, Qarabağ erməni subyekti kimi qalacaq. 

Qeyd edək ki, hələ yanvar ayında ermənilər Qarabağda ordu məsələsini müzakirə edirdilər. O vaxt Balasanyan demişdi ki, hökumət müqavilə əsasında peşəkar hərbi bölmələr yaratmaq məsələsini fikirləşir. Ondan sonra isə separatçıların lideri Araik Arutyunyan ordunun buraxılacağı xəbərini təkzib etmişdi.

Azərbaycan XİN Ermənistan ordusunun müasirləşdirilməsi və revanşist meylləri barədə yayılan xəbərlərə şərh verərkən bununla qarşı tərəfin öz gələcəyinin üzərindən xətt çəkdiyini bəyan edib: "Əgər Ermənistan öz XİN nümayəndəsinin söylədiyi kimi, ordusunun müasirləşdirilməsi ilə revanşizm mövqeyindən çıxış edirsə, bu ölkə on illiklərlə davam edən təcavüz və işğalın düşmənçilik və nifaqdan başqa nəticə vermədiyini hələ də anlamırsa və yaxın keçmişdə baş vermiş hadisələrdən nəticə çıxarmırsa, bu ölkə öz xalqının təhlükəsiz və tərəqqi dolu gələcəyinin üzərindən öz əli ilə xətt çəkir. Vətən müharibəsinin sübut etdiyi kimi, Azərbaycan hər zaman beynəlxalq sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü təmin etməyə hazırdır və bu xüsusda meydana gələ biləcək hər hansı təhdidlərin qətiyyətlə qarşısını almağa qadirdir".

Armen Sarkisyan - Sputnik Azərbaycan, 1920, 09.03.2021
Ermənistan Prezidenti gizlicə Bakıya səfər edib?

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri 2020-ci il noyabrın 10-da  Qarabağ üzrə üçtərəfli bəyanat imzalayıblar. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0